1. Mühafizə etmək, qorumaq, keşiyini çəkmək.
Bizə çün qədr bulunmaz, çıxalım dünyadan; Müştəri yox, necə bir bəkləyəlim bazarı.
Naşı ovçu bərə bəklər, əylənər; Marallar sayrışır yollara doğru.
Əhli-halın bəzminə huşyar olan layiq deyil; Bəkləyən meyxanə qapısın bu cənnət babidir.
2. Gözləmək.
…Nabat xala yavaş-yavaş qazanıb, evin məxaricini təmin edir və iqtisadi ehtiyacı olmadığından oturub, özünə adlı-sanlı bir kürəkən bəkləyirdi.
Hardasan, gözlərim həp səni bəklər; Bax, övladın necə giryandır, ana!
[Bülənd] Sonadan bəklədiyini görmürdü.