BƏLLİ

sif. Aydın, aşkar, məlum, meydanda olan. Bəlli məsələ.
// Xəbər şəkilçisi ilə: bəllidir – aydındır, məlumdur, aşkardır, görünür.
Dudkeş kimi bir papaq başında; Ağ tükləri bəllidir qaşında. M.Ə.Sabir.
Əzəldən böyükdür gözəl vətənin; Dünyaya bəllidir şöhrətin sənin. S.Vurğun.
Mötəbər mənbələrin verdiyi məlumatdan bəllidir ki, 1735-ci ildə bugünkü Balaxanıda neft verən 52 quyu varmış… M.Hüseyn.

□ Bəlli edilmək – aydınlaşdırılmaq, aşkara çıxarılmaq.
Bəlli etmək – aydın etmək, aşkar etmək, aydınlaşdırmaq, zahirə çıxarmaq, üzə çıxarmaq, meydana çıxarmaq.
Bəlli olmaq – aydın olmaq, aşkar olmaq, zahirə çıxmaq, zahir olmaq, bilinmək, müəyyənləşmək, müəyyən olmaq.
Şəhərdən gətirdiyim toyuğumun balaları böyümüş, tüklənmiş, xoruzu, fərəsi bəlli olmuşdu. A.Şaiq.
[Mirzə Səməd:] Mənəm ana, qapını aç, – dedikdə qapını açmaq üçün anasının gəldiyi bəlli oldu. M.S.Ordubadi.

// Tanış, tanış olan.
Bu halda evin qapısı açıldı və pristavın bəlli səsi onun [Məhərrəmin] beynində müdhiş bir zərbə ilə çınladı. H.Nəzərli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BƏLLİ aydın — aşkar — məlum
  • BƏLLİ bəlli bax aşkar

Etimologiya

  • BƏLLİ Bu söz bilmək feili ilə qohumdur. Qaqauz dilində onun mənası “очевидный” anlamında şərh olunub. Anadolu türklərində bəlirmək sözü “meydana çıxmaq”, bə
BƏLLƏTMƏK
BƏLSƏM

Digər lüğətlərdə