1. Başdansovma tikmək, kök atmaq, kökləmək.
Vaxt çatmamışdı ki, [nənəm donumun] düymələrini qoysun, odur ki, donu əynimə geydirib, yaxasını sapla bəndlədi.
2. Ala-babat, yarımçıq, yüngülcə bağlamaq; bənd etmək, ilişdirmək.
3. dan. Başdan rədd etmək, birini aldadıb, bir şeyi ona ötürmək, sırımaq.
4. dan. Dəyərli bir şeyi hiylə ilə ucuz qiymətə almaq, qoparmaq, əlinə keçirmək.
[Məşədi:] Çünki verdiyim pulu da müamiləsi ilə alırdım, düşəndə bir at da bəndləyirdim.