CƏLDLİK

is. Diribaşlıq, zirəklik, çeviklik; hərəkətdə, işdə itilik, sürət.
Məmmədvəli bir quş cəldliyi ilə ayağa qalxdı, o biri otağa keçdi. S.Rəhman.
Lakin [Əkbər] heç vaxt … özündə belə cəldlik, cəsarət və möhkəmlik hiss etməmişdi. Mir Cəlal.

□ Cəldlik eləmək (etmək) – zirəklik göstərmək, zirək (cəld) tərpənmək, çeviklik göstərmək.
[Alacəhrə] nə qədər cəldlik etsə də, axırda dadlı qoz ləpəsi onun əsir düşməsinə bais olardı. S.Axundov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CƏLDLİK bacarıq — məharət
  • CƏLDLİK itilik — sürətlilik — tezlik — yeyinlik
  • CƏLDLİK zirəklik — çeviklik — diribaşlıq
  • CƏLDLİK cəldlik bax zirəklik
CƏLDLƏŞMƏK
CƏLƏ

Digər lüğətlərdə