CAH-CALAL

is. [ ər. ] Calal, ehtişam, büsat, dəbdəbə, təmtəraq, var-dövlət, əzəmət.
Keçmişdəki… cah-calaldan, mal-dövlətdən, sövt-sədadan şair bir əsər görməyib… əhvalatı necə ki var, artıq məharətlə öz dustihəqiqisi olan Mirzə Fətəli Axundzadəyə yazır… F.Köçərli.
[Cahangir ağa:] Belə cahcalaldan öz ixtiyarınla əl çəkmək istəmirsən. S.S.Axundov.
Dəyişmərəm dost təbəssümünü dünyanın cah-calalına. N.Rəfibəyli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CAH-CALAL var — dövlət
  • CAH-CALAL təntənə — dəbdəbə
  • CAH-CALAL cah-calal bax dəbdəbə
CAH
CAH-CALALLI
OBASTAN VİKİ
Calal Allahverdiyev
Allahverdiyev Cəlal Eyvaz oğlu (17 sentyabr 1929, Şuşa, DQMV – 19 yanvar 2017, Bakı) — Azərbaycan riyaziyyatçısı, əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı, AMEA-nın həqiqi üzvü-akademik, fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Cəlal Allahverdiyev 1945-ci ildə Bakı şəhərində 1 saylı orta məktəbi bitirmiş, lakin Şuşada oxuduğu illər üçün qiymət cədvəli olmadığına görə attestatını ala bilməmişdir. 1946-cı ildə Şuşa şəhərində məktəbi ancaq "əla" qiymətlərlə bitirmiş və qızıl medala təqdim edilmişdir, lakin Maarif Nazirliyində riyaziyyat fənnindən "əla" qiymətini "yaxşı" ilə əvəz edərək gümüş medal vermişlər. == Elmi fəaliyyəti == Cəlal Allahverdiyev 1951-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir və Mstislav Keldışın rəhbərliyi ilə Moskva Dövlət Universitetinin aspirantı olmuş, 1957-ci ildə "Öz-özünə qoşma olmayan tənliklərin bəzi siniflərinin məxsusi və birləşmiş funksiyalar sisteminin tamlığı haqqında" adlı namizədlik dissertasiyasını müdafiə etmişdir. 1968-ci ildə SSRİ EA Tətbiqi Riyaziyyat İnstitutunda "Spektral parametrdən rasional asılı öz-özünə qoşma olmayan operatorların məxsusi qiymətləri və məxsusi elementləri haqqında" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. SSRİ AAK tərəfindən ona 1969-cu ildə professor elmi adı verilmişdir. Onun ən məşhur elmi nəticəsi Allahverdiyev teoremi adı altında bir çox kitablara, o cümlədən funksional analiz dərsliklərinə salınmışdır. Cəlal Allahverdiyevin Milli Aviasiya Akademiyasının elmi məqalələr jurnalında tələbələri ilə birgə dərc edilmiş bir sıra əsərlərində kompyuterlərin iş prinsiplərinin nəzəri əsaslarının araşdırılması, təkmilləşdirilməsi, təbii dillərdə, o cümlədən Azərbaycan dilində kompyuterlə ünsiyyət mexanizmlərinin işlənib hazırlanması və Azərbaycan dilinin qrammatikasının təkmilləşdirilməsi, Azərbaycan dilinin formal qrammatikasının yaradılması istiqamətində fundamental məsələlər araşdırılmış və mühüm elmi nəticələr alınmış, deduktiv maşında qeyri-səlis çoxluqların təsviri və deduktiv nəticə alınmasının uyğun mexanizmi verilmişdir. == Əmək fəaliyyəti == Cəlal Allahverdiyev 1957–1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində əvvəlcə müəllim, sonra isə baş müəllim işləmişdir. 1960-cı ildə Azərbaycan SSR EA-da yeni yaradılmış Hesablama Mərkəzində şöbə müdiri, sonra isə elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır.
Calal Calalzadə
Calal Ağakişiyev
Calal Ağakişiyev — Ağakişiyev Calal Cavanşir oğlu (3 mart 1949,Füzuli rayonu) – Azərbaycanın tibb alimi,dermatoveneroloq, tibb elmləri doktoru (1992), professor (1994),Azərbaycan Respublikasının Əməkdar həkimi (1991). == Həyatı və təhsili == Qarabağın məşhur Əmirbəylilər nəslinin Ağakişibəylilər soyundan olan Calal Cavanşir oğlu Ağakişiyev 3 mart 1949-cu ildə həkim ailəsində anadan olmuşdur. İlk təhsilini 1956–1966-cı illərdə Füzuli şəhərində orta məktəbdə almışdır. Ailə ənənəsini davam etdirərək, 1967-ci ildə N. Nərimanov adına ADTİ-nin müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1973-cü ildə həmin institutu bitirmişdir. İnstitutda təhsil almaqla yanaşı, Respublika Dəri-Zöhrəvi Dispanserində orta tibb işçisi kimi çalışmış, 1975–1980-ci illərdə isə həmin dispanserdə həkim-ordinator vəzifəsində işləmişdir.. == Əmək fəaliyyəti == Dermatologiya elminin sirrlərinə dərindən yiyələnmək həvəsilə 1975-ci ildə Moskva şəhərinə gəlmiş, təhsilini davam etdirmək üçün 1976-cı ildə Moskva şəhərində Mərkəzi Elmi-Tədqiqat Dəri-Zöhrəvi Xəstəlikləri İnstitutuna məqsədli aspiranturaya daxil olmuşdur. O, 1981-ci ildə "İmmunoloji göstəricilərin dinamikası nəzərə alınmaqla, ekzemalı və neyrodermitli xəstələrin spesifik və qeyri-spesifik desensibilizasiya metodları ilə müalicəsi" adlı namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. 1981-ci ildə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun dermatovenerologiya kafedrasına dəvət edilmiş və assistent vəzifəsinə seçilmişdir. Kafedrada işə başladığı müddətdən C. Ağakişiyev özünü potensial elmi işçi, yüksək ixtisaslı həkim, savadlı pedaqoq, intizamlı və bacarıqlı kadr kimi tanıtmışdır. 1987 – 1988-ci illərdə kafedrada dosent vəzifəsində fəaliyyət göstərmiş, 1989-cu ildə ildən isə kafedraya rəhbərlik ona həvalə olunmuşdur.
Calal Abdullai
Calal Volci Abdullai (5 yanvar 2005, Qana) — Allsvensan təmsilçilərindən olan "Elfsborq" klubunda hücumçu kimi çıxış edən peşəkar Qana futbolçusu. == Klub karyerası == Abdullai 2023-cü ilin yaz aylarında Qana təmsilçilərindən olan İnter Alayz klubundan İsveçə gəlmişdir. O, əvvəlcə "Elfsborq" klubunun U-19 komandası ilə məşqlərə başlamış, məşqlərdə uğurlu çıxışından sonra isə əsas komandaya dəvət edilmişdir. 2023-cü ilin iyul ayında klub Abdullaini transfer etmək qərarına gəlmişdir. 2024-cü ilin aprel ayında Expressen jurnalı oyunçunu Allsvensanda çıxış edən 5-ci ən yaxşı gənc futbolçu elan etmiş və onu "cilalanmamış almaz" adlandırmışdır. Abdullai klubda ilk qolunu 2023-cü ilin sentyabr ayında "Halmstad" klubuna qarşı oyunda vurmuşdur. Onun həlledici qolu ilə komandası rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. Həmçinin həmin görüşdə Calal qırmızı vərəqə alaraq meydandan qovulmuşdur. 2024-cü ilin may ayında "AİK" klubuna qarşı oyunda dublla yadda qalan Abdullai qol sevincini rəqib komandanın azərkeşləri qarşısında çılğınca qeyd etdiyinə və formasını soyunduğuna görə sarı vərəqə ilə cəzalandırılmışdır. 2024-cü ilin iyulunda isə o, "Myelbü" klubuna qarşı görüşdə 22-ci saniyədə qolla yadda qalmışdır.

Digər lüğətlərdə