Cicimli (Laçın)
Cicimli – Azərbaycan Respublikasının Laçın rayonu Cicimli kənd inzibati ərazi dairəsində kənd.
== Tarixi ==
Cicimli Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri hesab olunur. Buna əyani sübut kimi bu kənddə yerləşən Məlik Əjdər türbəsi, Kar künbəz abidəsi və bu abidələr ətrafında yerləşən "Çoban daş" abidəsini göstərmək olar. Cicimli kəndi XX əsrin 70-ci illərinədək bölgədə əsas məskunlaşma məntəqəsi olmuşdur. Bu kəndin mərkəzində XVIII əsrin 2-ci yarısında inşa edilmiş Məscid uzun illər (Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalınadək) mədrəsə kimi fəaliiyət göstərmişdir və bu təhsil ocağında dövrünün görkəmli din xadimləri islam dinini tədris etmişlər. Peyk görüntüləri ilə müşahidə etdikdə həmin Məscid binasının bu gün də mövcud olduğunun şahidi oluruq.
Cicimli kəndi 1828-ci il Türkmənçay "sülh" müqaviləsindən sonra Rusiya İmperiyasının bu ərazilərdə məskunlşdırdığı ermənilər tərəfindən 8 dəfə işğal edilib, 7 dəfə əhalisi soyrırıma məruz qalıb və bütünlüklə yandırılaraq dağıdılmışdır. Sonuncu işğal 1992-ci ilin may ayında baş verib. İşğal nəticəsində kənddə yerləşən orta məktəbin 1948-ci ildə və 1976-cı ildə inşa edilmiş binaları, İcra nümayəndəliyinin, poçtun, tikiş fabrikinin, M.Ə.Sabir adına kolxozun, klubun, kitabxananın, qarışıq mallar mağazasının, tibb məntəsinin və dəyirmanın binaları, həmçinin kənd sakinlərinə məxsus 80-ə yaxın fərdi yaşayış evi Rusiya və Ermənistan Silahlı Qüvvələri və onların himayədarlıq etdiyi erməni terrorçuları tərəfindən yandırılaraq tamamilə məhv edilmişdir. Döyüş əməlyyatları zamanı yaxınlığında heç bir hərbi hədəfin olmamasına baxmayaraq 12 may 1992-ci il tarixdə terrorçu erməni ordusuna məxsus artilleriya qurğusundan açılan atəş nəticəsində bu kənddə yerləşən XII-XIII əsr abidəsi Məlik Əjdər türbəsinin günbəz hissəsi dağıdılmışdır.