CİVAR

is. [ ər. ] Ətraf, yaxın yerlər, ətraf yerlər.
[Səfərin] atası Qarabağ xanının Naxçıvan civarında olan bir vuruşmasında öldürülmüş( dü). Çəmənzəminli.
[Cəmil bəy Bəypolada:] Oturalım, burası qədər gözəl, baxımlı bir yer bu civarda çox az bulunur. H.Cavid.
…İdrisin batalyonu düşmən müdafiəsini birinci olaraq yarıb, şəhərin civarlarına yaxınlaşan ön hissələr içərisində idi. Ə.Məmmədxanlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CİVAR CİVAR (ətraf yerlər, yaxın yerlər) ..şəhər civarında çöllükdə atılmış kağız, qəzet parçaları da beləcə torpağa yapışıb, daha doğrusu mıxlanıb qalmışdı
CİV-CİV
CİVƏ
OBASTAN VİKİ
Ərdəbil civarında döyüş
Ərdəbil civarında döyüş — ərəblər ilə xəzərlər arasında ən böyük vuruşma. 730-cu il 6–8 dekabrda Ərdəbil həndəvərində baş verib, və ərəb ordusunun tamamilə darmadağın edilməsi ilə bitib. Xəzər-ərəb müharibələrinin döyüşlərindən biri. 730\731-ci ildə xəzər və türklərin 300 minlik ordusu Barçikin komandası altında ərəblərə qarşı əks-hücüma başlayıb Dərbənd, Daryal və digər keçidlərlə Arran ərazisinə soxuldu. Əl-Cərrah öz qoşunlarını Bərdə yolu ilə Ərdəbilə çəkdi və orada hadisələrin inkişafını gözləməyə başladı. Xəzərlər ərəb qoşunlarının harada yerləşdiyini bir gürcü knyazından öyrəndilər. İki ordu Araz sahilindəki Varsanda qarşılaşdı. Ərəblər xəzərlərin üstün qüvvələrinin təzyiqi altında Ərdəbilə tərəf çəkildilər; burada Savalan dağı yaxınlığında onların arasında bir gecə-gündüz davam edən böyük vuruşma oldu. Ərəblər tamamilə məğlub edildilər, Əl-Cərrah öldürüldü. Xəzərlər uzun mühasirədən sonra Ərdəbili aldılar, şəhərin kişi əhalisini qırdılar, qadın və uşaqları isə əsir apardılar.

Digər lüğətlərdə