CIRMAQ

f.
1. Kağız, parça kimi şeyləri qıraqlarından dartaraq parça-parça, doğramdoğram etmək.
[Banıxanım:] Oğul, bu nə gündür düşübsən, sənin üst-başını kim cırmışdır? Aşıq Qərib”.
Gəray deyilən sözü eşitmir, verilən dərsi əzbərləmir, fərşlərin üstündə yumbalanır, dəftər-kitabını cırır, əl-ayaq altına atırdı. S.Rəhimov.
Külək [Dürrənin] getməsinə mane olub paltarını sanki cırmaq istəyirdi… S.Vəliyev.

2. Cırmaqlamaq. Üzünü cırmaq.
3. məc. dan. Gizlicə qaçmaq, götürülmək.
Qonaqlar ev sahibi ilə… gülüşdükdə uşaq börkünü başına qoyub, yavaşca otaqdan “cırdı”. Çəmənzəminli.
[Yəhya Kamal Dilənə:] [Kişi] bir günün içində hökuməti kəndə tökdü.
Mən gecə bağların içindən cırdım. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CIRMAQ yırtmaq — dağıtmaq — parçalamaq — üzmək — qoparmaq
  • CIRMAQ caynaq — dırnaq

Antonimlər (əks mənalı sözlər)

  • CIRMAQ CIRMAQ – TƏZƏLƏMƏK Bir döyüş və bir zəfər yarpağını cırıram (S.Rüstəm); Yer kürəmiz fəsil-fəsil; təzələyir döşəyini (R

Etimologiya

  • CIRMAQ Biri qaçıb aradan çıxanda deyilir: cırdı (yəni əkildi). Bu söz cıdır kəlməsi ilə qohumdur. Mənbələrdə cıdır kəlməsi “uzaqlaşmaq”, “qaçmaq” mənasında v
CIRMA
CIRMAQ₂

Digər lüğətlərdə