DÖVLƏTLƏNMƏK

f. Dövlət sahibi olmaq, dövlətli olmaq, zənginləşmək, varlanmaq.
[Niyaz:] Kasıb dövlətlənəndə özünə xoşbəxt deyər. Ə.Haqverdiyev.
Dünənki və bugünkü hərəkəti dövlətlənmək yolunda Allahqulunun heç nədən çəkinməyəcəyini sübut edirdi. Ə.Əbülhəsən.
O saat atası dövlətlənər, onu hörmət, ehtiramla bu məktəbə qəbul eləyərlər. S.Rəhman.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DÖVLƏTLƏNMƏK varlanmaq — zənginləşmək — tullanmaq
  • DÖVLƏTLƏNMƏK dövlətlənmək bax varlanmaq

Antonimlər (əks mənalı sözlər)

  • DÖVLƏTLƏNMƏK DÖVLƏTLƏNMƏK – YOXSULLANMAQ Qəm yemə, çox çəkməz dövlətlənərsən (S.Rüstəm); Var-yoxdan çıxmış kəndlilər tamam yoxsullaşmışdılar
DÖVLƏTLƏNMƏ
DÖVLƏTLİ

Digər lüğətlərdə