1. Bir şeylə döymək, vurmaq.
Az qalıb, mənzil başına çatmışıq, – deyə arabaçı öküzləri döyəclədi.
2. Bir şeylə üstündən vuraraq (döyərək) düzləndirmək, yastılatmaq, bərkitmək, basıb sıxlaşdırmaq, bərabərləşdirmək. Damın torpağını döyəcləmək. İsti qırı (asfaltı) döyəcləmək.
– Sofiya xanım irəli yeridi, odunları maşa ilə döyəclədi, çırpdı, sonra birbirinə yavıqlaşdırıb sobanın ağzını örtdü.
3. məc. Ara vermədən çarpmaq, döymək, vurmaq, taqqıldatmaq. Yağış pəncərəni döyəcləyir.
– Bir də görərdin, hərə əlinə bir mis qapıb dama çıxar və onu döyəcləyərdi.
Dəniz ara vermədən buruğun polad sütunlarını döyəcləyirdi.
Köpüklü dalğalar sahilə doğru şütüyərək, sıldırım qayaları hirslə döyəcləyirdi.
4. məh. dan. Birnəfəsə danışmaq, demək.
Qız məni çıxılmaz bir döngəyə salıb döyəclədi.