DÜNƏN

is. Bu gündən əvvəlki gün, keçən gün, irəliki gün. Dünən hava yaxşı idi. Dünən axşam. – Dünən öləni dünən basdırdılar. ( Ata. sözü ).
Rəfiqəmiz dünən bir vacib işdən ötrü gəlmişdi idarəmizə… C.Məmmədquluzadə.
Hər şeyi o qədər aydın görüb hiss edirəm ki, elə bil, bunlar hamısı dünən, srağagün baş vermişdi. İ.Əfəndiyev.

// Yaxın, ya uzaq keçmiş. Bunlar hamısı dünənə aiddir.
// Zərf mənasında. Dünən gəlmişəm. Məzuniyyətim dünən qurtardı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DÜNƏN DÜNƏN Bir başqası xəbər gətirdi ki, dünən gecə filan igidi ağaca bağlayıb, sonra da xəncərlə xingal kimi doğrayıblar (Ə

Antonimlər (əks mənalı sözlər)

  • DÜNƏN DÜNƏN – BU GÜN Dünən beş, bu gün şeş (Ata. sözü)

Etimologiya

  • DÜNƏN Dilimizdə “gecə” anlamını verən tün sözü olub. Dünən kəlməsi tün-ən (əsli: tün və ən) kimi işlədilib və “tündən əvvəlki gün” deməkdir
DÜN
DÜNƏNKİ

Digər lüğətlərdə