DIRMIQ

is. Torpağın içində olan quru ot, kök qalıqları və s.-ni darayıb təmizləməyə, kəsəkləri xırdalamağa məxsus kənd təsərrüfatı aləti; çəng. Kəsəkləri dırmıqla əzmək. Kökündən çıxarılmış quzapayılar dırmıqla yığılır.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DIRMIQ DIRMIQ, DARAQ, ÇƏNG (kənd təsərrüfatı aləti)
DIRMAŞMAQ
DIRMIQÇI
OBASTAN VİKİ
Dırmıq
Dırmıq — əmək aləti. Dırmıq (bəzi hallarda Dımrıq)ləklərdə torpağın hamarlanmasında, bağ-bostanların ot, alaq və kəsəkdən təmizlənməsində, biçilmiş ot və taxılın yığılmasında (dırmıqlanmasında) işlədilir. Dırmıq ağac sapdan, dişağacı və dişlərdən ibarətdir. Diş taxtasının düz, yaxud oval formasına görə müxtəlif quruluşlu dırmıqlar var. Dırmıq Azərbaycanın bəzi zonalarında çəng, cılğı, dirnəvuc, darinquc, daraq, rəndə və s. adlarla da məlumdur. Naxçıvanda dırmıqdişli mala növüdür. XIX əsrin ikinci yarısından Azərbaycanda dəmir dırmıqdan da istifadə edilir.

Digər lüğətlərdə

взаимовы́ручка де́дина ду́плекс конденси́рование кругосве́тный многососта́вный нефтя́нка подтаба́ниваться предзо́рный гладкошёрстый обита́лище причита́ние стоять на задних ла́пках эволюциони́рование шуркать aîné dropsy edification Mithraism percale pregnancy remetal насечь спас угореть