DƏLƏDUZ

is. Fırıldaqçı, adamaldadan, hiyləgər, bic.
Mənim qızım Səfərdən yaxşı oğlana getməyəcək ki, oğru deyil, dələduz deyil, bir kəsin toyuğuna daş atmaz. Ə.Haqverdiyev.
Bəlkə, deyirdim, kağızı bir dələduza oxutmuşdur, arvadı dolayıb qızışdırmışdır. Mir Cəlal.

// Sif. mənasında.
[Şamama Cadu:] Amma dələduz nökərlə arası yoxdur. Ə.Haqverdiyev.
Biz o cür dələduz adamların gərək tamam nəslini də yer üzündən kəsək. M.S.Ordubadi.

// Söyüş mənasında.
[İsmayıl bəy:] O elə bir dələduzdur ki, yer üzündə bərabəri yox. N.Vəzirov.
Yaxşı, ay dələduz! Bir danış görək; Neçəyə satmısan yox vicdanını? S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DƏLƏDUZ dələduz bax hiyləgər
  • DƏLƏDUZ fırıldaqçı — hiyləgər — bic

Antonimlər (əks mənalı sözlər)

  • DƏLƏDUZ DƏLƏDUZ – DÜZ Amma dələduz nökərlə arası yoxdur (Ə.Haqverdiyev); Axır ki, gəldin düz yola (Ə.Vəliyev)

Etimologiya

  • DƏLƏDUZ Fırıldaqçı deməkdir, ola bilsin ki, tələ və tuzak sinonimlərinin birləş­mə­sindən əmələ gəlib (yığcam, uzundraz, qıyğacı
DƏLƏ
DƏLƏDUZCASINA
OBASTAN VİKİ
Dələduzlar (film, 2014)
Dələduzluq
Dələduzluq ən ümumi mənada aldatma məqsədi ilə qəsdən həyata keçirilən hərəkətdir. Dələduzluq növlərinə görə fərqlənə bilər. Arxeologiya, ədəbiyyat, daşınmaz əmlak, sənəd saxtakarlığı və s. dələduzluq növləri vardır.

Digər lüğətlərdə