DƏSTRƏS

[ fars. ] klas. Əli çatma, nail olma, yetişmə; əldə etmə, müvəffəq olma.
Yoxdur əlac, çoxdur bu könlümdə həsrətim; Nə vəslə dəstrəs, nə fəraqında taqətim. S.Ə.Şirvani.

□ Dəstrəs olmaq – nail olmaq, əldə etmək, müvəffəq olmaq, əli çatmaq.
Məqsuduna dəstrəsmi oldun? Dildarinə həmnəfəsmi oldun? Füzuli.
Hamı istərdi ki, bu yazıların [heroqliflərin] açarını kəşf edərək məzmunlarından xəbərdar olub, köhnə bir millətin tarixinə dəstrəs olaydı. F.Ağazadə.

DƏSTPƏRVƏRDƏ
DƏSTUR

Digər lüğətlərdə