Böyük Qaramurad
Böyük Qaramurad — Azərbaycan Respublikasının Gədəbəy rayonunda kənd. Böyük Qaramurad inzibati ərazi dairəsinin (Böyük Qaramurad, Ataxal, Qurudərə, Toplar kəndləri daxildir) mərkəzi.
Böyük Qaramurad kəndi rayon mərkəzindən təxminən 18 km qərbdə, Qaramurad çayının (Zəyəm çayının qolu) sahilində, Şahdağ silsiləsinin ətəyində yerləşir. Kənddə tam orta məktəb, mədəniyyət evi, 2 kitabxana, ambulatoriya var.
== Tarixi ==
Arxeoloji qazıntılar zamanı Böyük Qaramurad kəndi ərazisində son tunc dövrünə aid "Baş qalaça", "Böyük qalaça", "Bala qalaça" siklop tikililərinin cənub ətəyində daş qutu qəbir aşkar edilmişdir. Abidədən dulus məmulatı, metal əşyalar, əqiq, tunc muncuqlar və sair materiallar əldə edilmişdir. Tapıntilar Xocalı-Gədəbəy mədəniyyətinin inkişaf dövrünə (e.ə. XI-IX əsrlər) aid edilir. Böyük Qaramurad kəndində memarlıq abidələrindən alban məbədi (1634) var.
== Toponimikası ==
Böyük Qaramurad oyk.