dabbağlıq
dad-aman
OBASTAN VİKİ
Dad orqanı
Dad orqanına - dad tumurcuqları aiddir. İnsanda dad tumurcuqları başlıca olaraq dildə olan məməciklərdə yerləşir. Bundan başqa qırtlaq qapağında, udlağın arxa divarında və yumşaq damaqda da dad tumurcuqlarına təsadüf edilir.Həmin məməciklərdə fizioloji xassəsinə görə müxtəlif növ dad reseptorları yerləşir. Bu reseptorlardan şirin dadı dilin ucu, acı dadı dilin kökü,turş dadı dilin yanları, duzlu dadı isə dilin yanları və ucu hiss edir. Yetişkin insanın dilində orta hesabla 2000-4000 dad reseptorları olur. Dadbilmə qabiliyyətinə cavabdeh olan sensor hüceyrələr bu reseptorlarda yerləşir və demək olar ki, hər həftə yenilənirlər.Dad reseptorları suda həll olmuş maddələrin təsirindən qıcıqlanır. Deməli, dad reseptorları kimyəvi qıcıqların təsiri ilə oyanır. Reseptorlarda əmələ gəlmiş oyanma dad sinirlərinin bu və ya digər lifləri ilə beyin yarımkürələri qabığının qoxu nahiyyəsi yanındakı dad nahiyyəsinə ötürülür. Burada qidanın dadı: acı,şirin,turş və duzlu olması müəyyən edilir. İnsanın həyatında dad hissiyyatının da böyük əhəmiyyəti vardır.Yer kürəsi əhalisinin təqribən 4/1-də çox güclü inkişaf etmiş dadbilmə qabiliyyəti olur ki, bu da onların ən incə dadları -xususilə də acı dadları daha da güclü bilmələrini xarakterizə edir.
Sevimli Dad
Azərbaycan mətbəxi: Dadsonrası dad (film, 2015)
Azərbaycan mətbəxi: Dadsonrası dad filmi rejissor Şamil Nəcəfzadə tərəfindən 2015-ci ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Filmdə qədim mədəniyyətə mailik bir ölkə kimi Azərbaycan mətbəxinin tarixi, çeşidliliyi və zənginliyindən bəhs olunur. == Məzmun == Filmdə qədim mədəniyyətə mailik bir ölkə kimi Azərbaycan mətbəxinin tarixi, çeşidliliyi və zənginliyindən bəhs olunur. Eyni zamanda Azərbaycanın oturuşmuş kulinariya ənənələrinin ilkin yaranma və formalaşma ehtimallarına aydınlıq gətirilir. Orta əsrlər Şərq rəssamlarının miniatürləri, Avropa rəssamlarının qravüraları, tarixçi və səyahətçilərin Azərbaycan haqqında tarixi faktları, vətənimizin flora və faunasının təsviri filmdə estetik və vizual həmahənglik yaradır. Bütün bunlar isə təsdiq edir ki, Azərbaycan mətbəxi dünyada ən zəngin mətbəxlərdən biridir. Ekran əsərinin əsas ideyası təkcə Azərbaycan mətbəxinin zənginliyi deyil, onun tarixi, hətta fəlsəfəsi barədə məlumat verməkdir. Mətbəximizə aid çoxsaylı tarixi sənət nümunələrinin yer aldığı bu film tamaşaçılara xalqımızın mənəvi irsi ilə yaxından tanış olmaq imkanı yaradır. Ekran əsəri Azərbaycanın mədəni irsinin, mətbəx mədəniyyətinin, iqtisadi və mədəni potensialının dünyada təbliği və xarici turistlər üçün Azərbaycanın cəlbediciliyini göstərmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Dərya Dadvar
Dərya Dadvar (1971, Məşhəd) — Fransada yaşayan İranlı soprano solisti və bəstəkardır. == Təhsili == Dərya əslən Rəştdən olsa da, Tehranda böyüyüb. 1992-ci ildə İranı tərk etdi və təhsillə bağlı Fransaya getdi. 1999-cu ildə vokal dərsərini bitirib "Musiqi tədqiqatları (Qızıl medal)" aldı. Bir ildən sonra Dərya Tuluzada yerləşən Milli Konservatoriyanı bitirdi. Daha sonra Tuluza təsviri incəsənət məktəbində (École des Beaux-Arts de Toulouse) magistr təhsili aldı.
Elnarə Dadaşova
Elnarə Dadaşova (25 iyun 1952, Bakı) — Azərbaycan bəstəkarı və sənətşünası, xalq artisti, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru. == Həyatı == Bəstəkar Elnarə Dadaşova 1952-ci ildə İçərişəhərli Dadaşovların ailəsində anadan olmuşdur. Altı yaşında olanda vaxtı ilə Azərbaycan Dövlət Konservatoriyasının tərkibində olan Bülbül adına musiqi məktəbinə ilk addımlarını atır. 11 il milliyyətcə latış olan ilk müəlliməsi Qudelis İvetta Adolfovnadan musiqinin sirlərinə yiyələnmişdir. Onun qeyri-adi yaradıcılıq istedadı həmin illərdən hiss olunmuşdur. Elnarə Dadaşovanın bəstəkarlıq istedadını hiss edən müəllimləri ona bu sahədə istiqamət verməyə çalışırdılar. Bu məqsədlə də o, 9-cu sinifdən Nazim Əliverdibəyovun məsləhətilə Bülbül adına orta ixtisas musiqi məktəbində bəstəkar Ədilə Hüseynzadənin yanına gəlir. Ədilə xanım onu bir bəstəkar kimi istiqamətləndirir. Dadaşovanın ilk əsərləri Avropasayağı səslənirdi. Lakin Ədilə Hüseynzadənin tövsiyəsi ilə tez bir zamanda gənc bəstəkar milli ruhda çox sayda əsər bəstələdi.
Elnur Dadiyev
Elvin Dadaşov
Fərid Dadaşov
Dadaşov Fərid Həsən oğlu — görkəmli alim-geoloq, pedaqoq, elmi təşkilatçı və elmi biliklərin təbliğatçısı. Geologiya-mineralogiya elmləri doktoru, professor. == Həyatı == Dadaşov Fərid Həsən oğlu 1930-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1952-ci mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. 1952–1954-cü illərdə AzSİ-nin aspiranturasında oxumuş, "Neft yataqlarının geologiyası" kafedrasında işləmişdir. 1955-ci ildə "Bakı arxipelağının Səngaçal burnundan Gil adasına qədər olan şimal hissəsinin geoloji quruluşu və neft-qazlılıq perspektivliyi" mövzusunda namizədlik, 1965-ci ildə isə "Azərbaycanın karbohidrogen qazları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləyir. 1977–1984-cü illərdə Geologiya İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir. "Neft və qaz yataqlarının genezisi və əmələgəlməsi" şöbəsinin rəhbəridir. == Elmi fəaliyyət == Elmi fəaliyyəti — təbii qazların geologiyası və geokimyası, palçıq vulkanizmi, neft-qaz yataqlarını geologiyası, axtarışı və kəşfiyyatı ilə bağlıdır.
Fəxrəddin Dadaşov
Fəxrəddin Əlisahib oğlu Dadaşov (26 sentyabr 1950, Bakı) — musiqiçi, kamança ifaçısı, professor, dosent (2007), Azərbaycan Respublikasının xalq artisti (2005). == Həyatı == F. Dadaşov 1963-cü ildə 2 nömrəli uşaq musiqi məktəbini bitirdikdən sonra, Bülbül adına orta-ixtisas musiqi məktəbinə daxil olub və 1972-ci ildə həmin sənət ocağını bitirmişdir. O, 1977-ci ildə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını kamança ixtisası üzrə bitirmişdir. 1966-cı ildən indiyədək Azərbaycan Televiziya və Radiosunun Ə. Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblında konsertmeyster vəzifəsində çalışır. Dünyanın bir neçə ölkəsində, o cümlədən Hollandiya, Fransada, Almaniyada, İtaliyada və Kanadada kompakt diskləri çıxıb. 1988 və 1998-ci illərdə Fransada keçirilən Beynəlxalq festivalın laureatı olmuşdur. 69 xarici ölkədə, F. Dadaşov o cümlədən Kanada, ABŞ-nin Texas ştatında, Nikaraqua, Kuba, Braziliya, Meksika, İngiltərə, Almaniya, Fransa, İsveç, İsveçrə, İtaliyada, İspaniya, Norveç, Avstriya, Tayland, Tayvan, Hindistan, Mərakeş və s. ölkələrdə konsertlər vermişdir. C. Qaryağdıoğlu adına muğam üçlüyünün solisti, Azərbaycan Milli Konservatoriyasının dosentidir. 28 oktyabr 2000-ci ildə əməkdar artist, 16 sentyabr 2005-ci ildə xalq artisti fəxri adlarına layiq görülmüşdür.
Gülnaz Dadaşova
Gülnaz Dadaşova (Gülnaz Mahir qızı Dadaşova; Bakı) — Azərbaycan alimi, professor, tibb elmləri doktoru. Hazırda C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktorudur. == Həyatı == Gülnaz Mahir qızı Dadaşova Bakı şəhərində müəllim ailəsində anadan olmuşdur. İlk təhsilini 191 saylı orta məktəbdə almış və həmin məktəbi medal ilə bitirmişdir. 1992-ci ildə bakalavr dərəcəsi üzrə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1998-ci ildə məzun olmuşdur. 1999–2000-ci illərdə Bakı Dəmiryol Xəstəxanasında kardioloq kimi internatura keçmişdir. 2002–2005-ci illərdə Azərbaycan Tibb Universitetinin kliniki farmakologiya kafedrasında aspirantura təhsili almışdır. 2008-ci ildə "Postmenopozal qadınlarda arterial hipertenziya müalicəsinin optimallaşdırılması" elmi işini müdafiə edərək tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2016-cı ildə dosent elmi adını almışdır. 2018-ci ildə "Xroniki ürək çatışmazlığının gender xüsusiyyətləri, diaqnoz və dərman müalicəsinin təkmilləşdirilməsi imkanları, proqnoz və sağ qalma proqnozlarının müəyyən edilməsi" elmi işini müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsini almışdır.
Haqverdi Dadaşov
Haqverdi Xudadverdi oğlu Dadaşov (1975; Qubadlı, Azərbaycan SSR) — Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin polkovniki, İkinci Qarabağ müharibəsi veteranı. == Həyatı == Haqverdi Dadaşov 1975-ci ildə Qubadlı şəhərində anadan olub. 1995–1999-cu illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Haqverdi Dadaşov 1993–1995-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib və Birinci Qarabağ müharibəsi zamanı Ağdam rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə savaşıb. 1999-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında zabit olaraq xidmətə başladı. Baş leytenant Haqverdi Dadaşov Azərbaycan Prezidenti Heydər Əliyevin 24 iyun 2003-cü il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Polkovnik-leytenant Haqverdi Dadaşov Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif edildi. Polkovnik-leytenant Haqverdi Dadaşov Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin polkovniki olan Haqverdi Dadaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Haqverdi Dadaşov "Zəfər" ordeni ilə təltif edildi.
Hüseyn Dadaşzadə
Kurmancan-dadxa
Kurmancan Datka (1811-1907) - qırğız qəhrəmanı, böyük türk anası. == Həyatı == Datka bir ünvan olub, hökmdar, general, idarəçi kimi mənalarda istifadə olunur. Kurmancan Datka isə göstərdiyi şücaətlər nəticəsində bu ünvana iki dəfə layiq görülüb. Bu hadisə sadəcə Orta Asyada deyil, bütün türk və islam aləmində görünməmiş bir hadisə idi. Kurmancan 1811-ci ildə Oş şəhərinə yaxın Madi qışlağında Munquş nəslinin Bargi qəbiləsindən olan bir əkinçi ailəsində dünyaya göz açıb. 1832-ci ildə Xokand xanlığının baş naziri və baş komandiri Alimbek Datka ilə evlənib. Bu evlilikdən cütlüyün 5 oğlu və iki qızı dünyaya gəlir. Hətta bəzi mənbələrə əsasən 96 yaşında vəfat edən Kurmancan Datkanın uşaqlarının, nəvələrinin və nəticələrinin sayı 100 nəfərdi. Rusiya 1700-cü illərdən etibarən islam dini əleyhinə fəaliyyətə keçdi. 1742-ci ildə qəbul edilən qərara əsasən məscidlər ancaq rusların və yeni vaftiz edilənlərin yaşadıqları yerlərdə tikilə bilərdi.
Kübra Dadaşova
Dadaşova Kübra Məmmədağa qızı (31 avqust 1957 - 12 fevral 2017 ) — Azərbaycan aktrisası. == Həyatı == Kübra Dadaşova 31 avqust 1957-ci ildə doğulmuşdur. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirmişdir. O, yaradıcılıq fəaliyyətinə hələ tələbə ikən – 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında başlamışdır. Aktrisa dramatik və komik səpkili rolları eyni bacarıqla yaradır. 16 may 2006-cı ildən Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub. Aktrisa Kübra Dadaşova 12 fevral 2017-ci ildə 59 yaşında şəkər xəstəliyindən vəfat edib. == Əsas rolları == Cicixanım - ("Qonşu qonşu olsa, kor qız ərə gedər", Rəşid Bəy Əfəndiyev) Bibi - ("Ruhlar qapını döyür", Rauf İçərişəhərli) Mənzərə - ("Pul dəlisi", Əhməd Orucoğlu) Nazlı - ("O da mənəm, bu da", Dadaş Mehdi) Küpəgirən - ("Mağara", Aygün Həsənoğlu) Mürəbbiyə - ("Danışan gəlincik", Abdulla Şaiq) Xeyransa - ("Nəsrəddin", Yusif Əzimzadə) Göhər - ("Məhəbbət bir bəladır", Əhməd Orucoğlu) Qulməmməd - ("Cənnətin üç alması", Nicat Kazımov) Qəmərbanu - ("Mahmud və Məryəm", Elçin) Rəhilə – ("Ah, qadınlar, qadınlar", Marat Haqverdiyev) Ziba xala – ("Ağ dəvə", Elçin) Ana – ("Ələddinin sehrli çırağı", Ərəb xalq nağılı) Ana – ("İncəbel qarı" R.Tohidoğlu) Ögey ana – ("Göyçək Fatma" Azərbaycan xalq nağılları) Zümrüd – ("Mən səni sevirəm" Ə.Əmirli) Zübeydə – ("Buzovna kəndinin əhvalatları", Elçin) Azərbaycanın əməkdar artisti Məmmədağa Dadaşovun qızıdır. == Filmoqrafiya == Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (AzTV) Bağdada putyovka var... (film, 2000) Belə də olur (film, 1988) Cavid ömrü (film, 2007) Gecə qatarında qətl (film, 1990) Qəzəlxan (film, 1991) Layiqli namizəd (film, 1984) Metranpaj Nə gözəldir bu dünya...
Kənan Dadaşov
Kənan Dadaşzadə
Ləman Dadaşova
Mahir Dadaşzadə
Manaf Dadaşov
Manaf Məcid oğlu Dadaşov (21 noyabr 1981, Bakı) — azərbaycanlı aktyor. == Həyatı == Manaf Dadaşov 21 noyabr 1981-ci ildə Bakıda anadan olmuşdur. 2002—2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Kütləvi tədbirlər və tamaşalar rejissorluğu" ixtisası üzrə təhsil almışdır. 1 oktyabr 2002-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyordur. Teatrdakı ilk rolu rejissor Nicat Kazımovun quruluşunda Ərəb xalq nağılı olan "Ələddinin sehirli çırağı" tamaşasında carçıı obrazı olub. Türkiyə, Rusiya, Tatarıstanda qastrol səfərlərində olmuşdur. Bir neçə bədii filmlərdə və teleseriallarda çəkilmişdir. 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. Aktyor Məcid Dadaşovun oğludur. == Əsas rolları == Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Ələddinin sehrli çırağı (ərəb xalq nağılı) — carçı Xeyir və Şər (N.Gəncəvi) — şah Ana qaz (R.Rza) — qonşu Qaraca qız (S.S.Axundov, A.Şaiq) — qaraçı; Oruc Ağ dəvə (Elçin) — 2-ci NKVD işçisi Hacı Qara (M.F.Axundov) — Əsgər bəy Ezop (Q.Fiqeyredo) — həbəş Cənnətin üç alması (N.Kazımov) — Şirməmməd İki tonqal (A.Həsənoğlu) — Tərlan Güc birlikdədir (R.Tohidoğlu) — Nazim; vəzir Pəri Cadu (Ə.Haqverdiyev) — çoban Şeyx Sənan (H.Cavid) — dəliqanlı Şelkunçik (E.T.A.Hofman) — ata Oliver Tvistin macəraları (Ç.Dikkens) — polis Mən səni sevirəm (M.S.S) — Marlen Romeo və Cülyetta (U.Şekspir) — Merkusio Qoca kloun (M.Vişnek) — Manaf Şahzadə Xəzrin nağılı (K.Ağabalayev, N.Kazımov) — Basat Buratinonun macəraları (A.Tolstoy) — Duremar Konnemarada bir kəllə (M.Makdonax) — Martin Hənlon YUĞ teatrı Günlərin bir günündə (İbrahim İbrahimli) Akademik Milli Dram Teatrı Kölgə (Y.Şvarts) — maliyyə naziri == Filmoqrafiya == Yol yoldaşları (film, 2003) Əlvida, cənub şəhəri (film, 2006) Hökmdarın taleyi (film, 2008) Üfüqü ötənlər (film, 2011) Sirr (serial, 2012) Həkimlər Bir ovuc torpaq (teleserial,2013) Bir ailəm var ( teleserial, 2013) Məriz (film, 2015) Xüsusi təyinatlı İbad (film, 2016) Sən olmasaydın ( teleserial, 2016) Nar bağı (film, 2017) İkinci güllə (film, 2017) Ümidlər puç olanda ( film,2018) Könül yarası ( teleserial, 2018) Son iclas (film, 2018) Dalan (film, 2019) Qarabağ.
Mehman Dadaşov
Metyu Daddario
Metyu Daddario (tam adı: Metyu Kuinzi Daddario, ing. Matthew Quincy Daddario; 1 oktyabr 1987, Nyu-York, Nyu-York ştatı) — ABŞ aktyoru. Freeformun fantastik serialı olan Kölgə Ovuçuları-dakı Alek Laytvud rolu ilə tanınır. Daddario Nyu York şəhərində doğulub. Onun anası Kristina hüquqşunas, atası Riçard isə ittihamçı və NYPD-nin keçmiş əməkdaşıdır. Aleksandra Daddario adlı böyük bacısı aktrisadır. Onun həmçinin Katerina Daddario adlı kiçik bacısıda var. Onun babası Emilio Q. Daddario 1959-71-ci illər ərzində ABŞ Nümayəndələr Palatasında demokratik nümayəndə kimi fəaliyyət göstərib. Daddario italyan, irland, slovak və ingilis kökənlidir. 2010-cu ildə Indiana University Bloomingtonda biznes fakultəsindən məzun olmamışdan əvvəl o, Collegiate Məktəbində təhsil aldı.
Murad Dadaşov
Murad Əli oğlu Dadaşov (21 dekabr 1978, Bakı) — şoumen, tanınmış teleaparıcı, prodüser, aktyor, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun üzvü, "M Group Production" şirkətinin prezidenti, "20-ci əsrin çempionları" titulunun sahiblərindən biri (2000), Azərbaycan Respublikasının əməkdar artisti (2014) və Azərbaycan Respublikasının xalq artisti (2018), Xəzər TV-nin prezidenti (2020). Murad Əli oğlu Dadaşov 21 dekabr 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. O 1985–1995-ci illərdə Bakı şəhəri 160 saylı tam orta məktəbdə təhsil alıb. 1996–2000-ci illərdə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsində təhsil alıb, ixtisasca psixoloqdur. XX əsrin sonları Azərbaycan gəncliyinin inkişafında rolu olan "Bakılı oğlanlar" ŞHK ilə tanışlığı oxuduğu məktəbdən başlayıb və bununla da 1993-cü ilin dekabrında böyük və peşəkar səhnəyə gəlib. 2000-ci ildə isə "Bakılı oğlanlar" komandası "XX əsrin çempionları" tituluna sahib oldu. Şən və hazırcavab çempionlardan biri də Murad Dadaşov idi. Universitetdə təhsil aldığı müddətdə, 1999–2002-ci ildə həm də Proqnoz Müstəqil Sosioloji Tədqiqatlar mərkəzində müdir müavini vəzifəsində çalışıb. Televiziyada ilk fəaliyyətinə 1990-cı illərin ortalarında Azərbaycan Televiziyasında başlayıb. Burada "Bakılı oğlanlar" ŞHK-ın digər üzvü Cabir İmanov ilə bərabər "Bir Cənub şəhərində" adlı layihə hazırlayıb.
Muxtar Dadaşov
Muxtar Baba oğlu Dadaşov (11 sentyabr 1913, Bakı – 7 may 1998, Bakı) — Azərbaycan rejissoru, kinooperator, ssenarist, Azərbaycan SSR xalq artisti (1976), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1980). Muxtar Baba oğlu Dadaşov 11 sentyabr 1913-cü ildə Bakıda anadan olmuşdur. 1933-cü ildə ali operator təhsili almaq məqsədilə Moskvaya gedir. Orada da bir sıra filmlərin çəklişində iştirak edir. 7 may 1998-ci ildə vəfat etmişdir. Hələ erkən yaşlarından tale onun yolunu böyük sənət məbədindən salır. 1924-cü ildə ilk dəfə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsinə çıxmış, dörd il sonra C. Cabbarlının "Sevil" pyesinin ilk tamaşasında Gündüzü oynamışdır. 1929-cu ildə Gənc Tamaşaçılar Teatrında rejissor assistenti kimi fəaliyyətə başlayır. Eyni zamanda tamaşalarda kiçik rollar oynayır. 1931-ci ildə kinostudiyada operator assistenti vəzifəsinə düzəlir.
Müseyib Dadaşov
Müseyib Mirzə oğlu Dadaşov (23 mart 1896, Balaxanı, Bakı qəzası – 13 avqust 1981, Bakı) — Azərbaycan SSR Ali Sovetinin VII, VIII, IX, X deputatı, Azərbaycan Kommunist Partiyası Yardımlı Rayon, Astara Rayon və Gədəbəy Rayon komitələrinin birinci katibi. Müseyib Dadaşov 1896-cı ildə Balaxanı kəndində fəhlə ailəsində anadan olmuşdur. 1912–ci ildən Xəzər-Qara dəniz mexaniki emalatxanalarının çilingəri olaraq işləməyə başlamışdır. 1957-ci ildən ittifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur. Müseyib Dadaşov 13 avqust 1981-ci ildə vəfat etmişdir. Vəfatı ilə bağlı "Kommunist" qəzetinin 14 avqust 1981-ci il tarixli nəşrinin 2-ci səhifəsində məlumat verilmiş, məlumatın sonunda Heydər Əliyev, Kamran Bağırov, Həsən Seyidov, Süleyman Tatlıyev, Lidiya Rəsulova, Ramiz Mehdiyev, Həsən Həsənov kimi dövlət xadimlərinin imzası əlavə olunmuş idi. O, Fəxri Xiyabanda dəfn olunmuşdur. Müseyib Dadaşov 1917-ci ilin mart ayında Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) sıralarına daxil olmuşdur. Fevral inqilabından sonra Balaxanı Rayon Deputatları Sovetinin deputatı olmuşdur. Bakı Kommunası dövründə Müseyib Dadaşov Balaxanı Rayon Qızıl Qvardiya Qərargahının üzvü olmuşdur.
Məhərrəm Dadaşov
Dadaşov Məhərrəm (tam adı: Dadaşov Məhərrəm Əkbər oğlu; 15 fevral 1912, Salyan, Cavad qəzası – 17 sentyabr 1944) — Sovet İttifaqı Qəhrəmanı. 1912-ci ildə Salyan rayonunun Beştalı kəndində anadan olmuşdur. 1941-ci ildə xidmətə traktorçu peşəsindən çağırılmışdır. 233-cü tank briqadasında xidmət edən baş serjant Məhərrəm Dadaşov 1942-ci ildən döyüş cəbhələrində olmuşdur. 1942-ci ilin oktyabrından 1943-cü ilin yanvarınadək 223-cü atıcı diviziyanın tərkibində döyüşmüşdür. Rumıniyanın Vasluy şəhəri ətrəfında 1944-cü ilin avqustunda aparılan döyüşdə fərqlənmişdir. Onun conrakı döyüşləri Çexoslovakiyada olmuşdur. Baş serjant M. Dadaşovun tank heyəti avqustun 28-də düşmən ordusunun yerləşdiyi məntəqəyə daxil olaraq düşmənin 6 tank vuran topunu və bir neçə pulemyotunu şəxsi heyətləri ilə məhv etmişdir. Bu döyüşdə yaralanan M. Dadaşov tankını idarə etməkdə davam etmiş və tankın atəş nəqtələrinin mərmiləri qurtardıqdan sonra şəxsi silahla döyüşü davam etdirmişdir. Cəsur tankçı M. Dadaşov aldığı yaralardan sentyabrın 17-də hospitalda dünyasını dəyişmişdir.
Məlik Dadaşov
Məlik Yusif oğlu Dadaşov (7 iyun 1924, Bakı, Azərbaycan SSR – 2 dekabr 1996, Bakı) — Azərbaycan teatr və kino aktyoru. Azərbaycan SSR xalq artisti (1974), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986). Əsasən mənfi rolların ifaçısıdır. Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda doğulub. İkinci Dünya müharibəsində iştirak edən aktyor beynindən zədə alaraq uzun müddət müalicə olunur. 1945-ci ildə Gənc Tamaşaçılar Teatrında aktyor kimi işə başlayır. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirdikdən sonra M.Əzizbəyov adına Akademik Dram Teatrına işə gəlmişdi və burada ilk dəfə H. Muxtarovun "Ailə namusu" pyesində oynamışdı. Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf etmişdi. O vaxt Azərbaycan səhnəsinə Ə. Ələkbərov, M. Məmmədov, Adil İsgəndərov və onlarla digər sənət korifeyləri çalışırdı. Bu münbit sənət mühiti onun yaradıcılıq bioqrafiyasına güclü təsir göstərmiş və tezliklə onu səhnəmizin qüdrətli sənətkarları sırasına çıxarmışdı.
Məmmədağa Dadaşov
Məmmədağa Dadaşov (bəstəkar)
Məmmədağa Dadaşov (aktyor)
Məmmədağa Ağarəhim oğlu Dadaşov (12 aprel 1912, Bakı – 3 dekabr 1996, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1957). GTT-nın yaradıcılarındandır. Aktyor kimi xarakterik və tipik obrazların ifasında nailiyyətlərə daha çox müvəffəq olub. Məmmədağa Ağakərim oğlu Dadaşov 12 aprel 1912-ci ildə Bakıda doğulub. Səhnəyə ilk dəfə on dörd yaşında, oxuduğu məktəbdə çıxıb. 40 saylı pioner dəstəsinin dram dərnəyinə üzv olub. GTT məhz həmin dərnəyin bazası əsasında yaranıb və truppanın ilk aktyorlarının sırasında Məmmədağa Dadaşov da olub. Ömrünün sonuna qədər səhnədən və bu kollektivdən ayrılmayıb. Məmmədağa Dadaşov komediya, faciə, dram əsərlərində və nağıl-tamaşalarda müxtəlif səciyyəli rollar oynayıb. Azad ("Azad", Əyyub Abbasov), Valer, Leandr ("Zorən təbib" və "Skapenin kələkləri", Jan Batist Molyer), Vəhşi pişik ("Özbaşına gəzən pişlk", Reyhard kiplinq), El oğlu ("E1 oğlu", Abdulla Şaiq), Çingiz ("Nərgiz", Mirmehdi Seyidzadə), Məhkəmə sədri ("Müfəttiş", Nikolay Qoqol), Ağa Zaman, Məşədi Qurban, Hatəmxan ağa ("Molla İbrahimxəlil kimyagər", "Xırs quldurbasan" və "Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə), Hacı Saleh ("Tamahkar", Süleyman Sani Axundov), İmran ("Anacan", Yusif Əzimzadə), Nüsrət ("Yaşar", Cəfər Cabbarlı), Simnar xan ("ÇİÇəkiİ dağ", Məmmədhüseyn Təhmasib), Casus ("Qavroş", Viktor Hüqonun "Səfillər" romanı əsasında səhnələşdirənləri Zəfər Nemətov və Əli İsmayılov), Qasım xan ("Əlvida, Hindistan!", Qeybulla Rəsulov), Milan Hersoqu, Montekki ("iki veronalı" və "Romeo və Cülyetta", Vilyam Şekspir), Mirbağır ağa ("Yarımçıq şəkil", Adil Babayev), Molla Səfi ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Mirzə Qoşunəli ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Jandarına polkovniki ("Ovod", Etil Voyniç), Tağı müəllim ("Şirinbala bal yığır", Salam Qədirzadə) rollarında özünün aktyorluq bacarıq və qabiliyyətini daha ifadəli şəkildə göstərə bilib.

Digər lüğətlərdə