DALDALANACAQ

is. Daldalanmağa yarar yer, dalda yer, sığınacaq; bir şeydən qorunmaq üçün yer.
Nəriman hər şeydən əvvəl özünə daldalanacaq axtarırdı. Mir Cəlal.

// Sif. mənasında. Burada heç daldalanacaq yer yoxdur.
– Məktəbin geri yanında evlərdən kilim gətirib daldalanacaq düzəltdilər. İ.Şıxlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DALDALANACAQ daldalanacaq bax sığınacaq
DALDALAMAQ
DALDALANDIRMA

Digər lüğətlərdə