Gecəki yağışdan çiçəklərin, yarpaqların uclarından sallanan damlalar günəşin al şəfəqləri altında almaz danələri kimi pırıl-pırıl pırıldayır.
Bərkiyən yağışın damlaları Ayazı yerindən tərpətdi.
□ Bir damla – bir damcı (bax damcı 3-cü mənada).
Ona elə gəldi ki, bu saysız-hesabsız ülgüclər hər tərəfdən onun boğazına ilişəcək və bir göz qırpımında bir damla qan axmağa belə macal vermədən onun başını üzüb düzə atacaq.
Son damla qanı qalana kimi tənt. – bir şey uğrunda mübarizədə yüksək fədakarlığı bildirir. Son damla qanı qalana qədər düşmənlə vuruşmaq.
Son damlasına qədər – hamısını, bütünlüklə, dibinəcən.
İskəndər əlindəki qədəhi son damlasına qədər içir.
Ürək yanğısını söndürmək üçün [Yunis] suyu son damlasına qədər başına çəkib, ağır bir nəfəs ötürdü.