DAMĞALANMIŞ f.sif. 1. Damğa vurulmuş, damğa aləti ilə nişan vurulmuş, dağ basılmış. Səməd sağ yanaqlarından “S” hərfi şəklində damğalanmış qoyunlarını tanıyıb sağmağa başladı. M.Hüseyn. // Möhür basılmış. 2. məc. Ləkələnmiş, ləkə vurulmuş, rüsvay edilmiş.