DEHATİ
DEY
OBASTAN VİKİ
Dehqan
Dehqan - Antik və Erkən orta əsrlər dövründə mövcud olmuş ictimai təbəqə. Bu ictimai təbəqə Sasanilər sülaləsinin hakimiyyəti dövründə böyük rol oynamışdır. Dehqan təbəqəsi haqqında bir sıra mülahizələr irəli sürülmüşdür. M.Ravəndi bu haqda yazır ki, əyanların ən aşağı təbəqəsini təşkil edən dehqanla öz malikanələrində yaşayırdılar. Onlar ancaq tərbiyə və geyim nöqteyi-nəzərdən əkinçilərdən fərqlənirdilər. Sasanilərin hakimiyyətinin son dövründə geniş yayılmış dehqan termini ərəblərin hakimiyyəti dövründə də işlədilirdi. Bu nəsildən olan bir sıra əyalətlərin əyanları və siyasi xadimlər dehqan nəslindən olduqlarına görə fəxr edirdilər. Digər tərəfdən həmin termini ərəblərdən fərqlənmək üçün əsilzadəliyə nişanə kimi saxlayırdılar. Şərik adlanan mahal hakimləri də dehqanlardan təyin olunurdu. Ərəb işğalları dövründə incidilməyən yeganə silk dehqanlar idi.
Əli Dehqan
Əli Əliqulu oğlu Turabi Dehqan (1910-1990)—Cənubi Azərbaycanın elm və mədəniyyət xadimi. Əli Əliqulu oğlu Turabi 1910-cu ildə Cənubi Azərbaycanın Urmiya şəhərində ruhani ailəsində doğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Əli Dehqan "Sərzəmin-i Zərdüşt Rizaiyə" kitabının müəllifidir. “Urmu Zərdüşt peyğəmbərinin ölkəsi” kitabının müəlifi Əli Dehqan sonralar Urmunun təhsil idarəsinin rəisi olub. Öz yazdığına görə, o günlərdə 15-16 yaşda bir cavan olub. Baş verənləri ailəsi ilə birgə yaşayıb. Özəlliklə martın 17-də Urmunun müxtəlif küçələrindən keçib qohumlarının evlərində sığınacaq axtararkən 10000 nəfərin cənazəsini gördüyünü kitabın 517-i səhifəsində bəyan edir. Əli Dehqan Urmuda xristiyanların müsəlmanları qırdığı haqqında geniş məlumat verib, o kitabının 155-ci səhifəsində yazır: “Baxmıyaraq ki, Urmuda xristianlar Cilo ve Daşnaq paltarında yerli Türk əhalini qıraraq kökünü kəsmək istəyirdi, amma burada qeyd edilməlidir ki, bu xoşagəlməz hadisələrin törənməsində əsas səbəbkarlardan biri xarici misyonerlər, o cümlədən Amerika və Fransadan gəlmiş zahirən məzhəb qulluqçularının erməni və başqa məsihiləri qızışdırıb müsəlmanların əleyhinə silahlandırması olub.” Əli Dehqan Urmiyadakı qırğın haqda yazır: "Sübh tezdən anam məni, məndən böyük iki qardaşımı və kiçik qardaşımı götürüb evin damına apardı. Erməni təcavüzündən qorunmaq üçün qadınlar və uşaqlar damlara çıxırdılar.
Behruz Dehqani
Behruz Dehqani — Behruz Təbrizi kimi də tanınan Cənubi Azərbaycanlı yazıçı, tərcüməçi və partizan Əşrəf Dehqani və Ruhəngiz Dehqaninin qardaşı və İran Xalq Fədai Partizanlar Təşkilatının məşhur üzvlərindən idi. O, SAVAK tərəfindən həbs ediləndən sonra, həbsxanada işgəncə və böyrəklərinin zədələnməsi səbəbindən öldürülüb.
Bəhruz Dehqani
Behruz Dehqani — Behruz Təbrizi kimi də tanınan Cənubi Azərbaycanlı yazıçı, tərcüməçi və partizan Əşrəf Dehqani və Ruhəngiz Dehqaninin qardaşı və İran Xalq Fədai Partizanlar Təşkilatının məşhur üzvlərindən idi. O, SAVAK tərəfindən həbs ediləndən sonra, həbsxanada işgəncə və böyrəklərinin zədələnməsi səbəbindən öldürülüb.
Dehqani
Dehqani — XIII əsr Anadolu şairi. == Həyatı == == Yaradıcılığı == *** Əcəb bu dərdimin dərmanı yoxmu? Ya bu səbir etməyin oranı yoxmu? Yanaram mumlayın başdan ayağa Nədir bu yanmağın payanı yoxmu? Gülər düşmən mənim ağlamağıma Əcəb, şol kafirin imanı yoxmu? Dəlibdir ciyərimi qəmzən oxu Ara, ürəkdə gər peykanı yoxmu? Su kimi qanımı torpağa qardın Nə sanırsan qəribin qanı yoxmu? Cəmali-hüsnünə məğrur olursan Kəmali-hüsnünün nöqsanı yoxmu? Bəyim, Dehqaniyə ölməzdən öncə Tapuna irməyin imkanı yoxmu?
Əşrəf Dehqani
Əşrəf Dehqani — İran inqilabçısı, partizan, həm şah, həm də ayətullah rejimlərinə qarşı müqavimət hərəkatının ən tanınmış qadın üzvlərindən biri. İran Xalq Partizanları-Fədailəri təşkilatının qurucusu və rəhbəri. Əşrəf Dehqani 1949-cu ildə fəhlə ailəsində anadan olub. O doğulanda atası savadsız bir mirab (suçu, əkin ərazilərini suvaran) idi. Buna qədər isə atası fərqli sahələrdə özünü sınamışdı, su quyuları qazıb, mağazada işləyib, tikintidə fəhləlik edib. Lakin bütün bu işlərdə əldə etdiyi qazanc ona 8 nəfərlik ailəsini saxlamaq üçün bəs etmirdi. Savadsız olmağına baxamayaraq siyasi şüura malik biri olub. 1945–1946-cı illərdə Azərbaycan Demokratik Firqəsinin üzvlərindən olmuşdur. Qəddar şah rejimi Azərbaycana soxulub firqəni dağıtdıqdan sonra kütləvi qətllərə başlayanda isə firqə tərəfdarlarını öz evində gizləmiş onlara sığınacaq etmişdir. Lakin atası xəstə düşür və yataq xəstəsi olur məhz buna görə də evin yükü ailənin digər üzvlərinin üzərinə düşür.

Digər lüğətlərdə