I
(Ağdam, Başkeçid, Cəbrayıl, Füzuli, Gədəbəy, Qazax, Mingəçevir, Şəki, Şəmkir, Tovuz, Zaqatala, Zəngilan)
dərz və ya bafa bağlamaq üçün kökündən çıxarılmış sünbüllü küləşdən və ya uzun otdan düzəldilən bağ. – A bala, uzun bəndəm yol, yekə bağlıyax dərzi (Qazax); – Bafanı bəndəmnən bağla (Zaqatala); – Oğul, oğul, yanındakı bəndəmi burayəti, bağlə:ax bu dərzi (Gədəbəy); – Bəndəmnən bağliyrıx bafanı (Şəki); – Bəndəmi taxılın özünnən eşirix’, qayrerıx (Tovuz); – Səkkiz bafanı qourux bəndəmin arasına, bağlıyırığ olur dərz (Füzuli); – Bəndəmləri suya sal qurumasın (Cəbrayıl); – Birki bəndəm eş, bu dərzdəri bağlıyax (Şəmkir)
II
(Bakı)
meyvə saplağı
III
(Çənbərək)
tütün topası. – Arvatdar tütünü bəndəm eliyiflər