MÖV

(Cənubi Azərbaycan, Culfa, Meğri, Naxçıvan, Ordubad)
bax mev . – Həyətdə beş-on möv var (Naxçıvan); – Üzümü mövdən dərdıx (Ordubad); – Bizlərin mövü çox böyük olur (Cənubi Azərbaycan); – Mövdə üzüm olur (Culfa)
MÖ:ÜZ
MÖVƏ
OBASTAN VİKİ
Elgün Mövlanov
Fleş (II mövsüm)
ABŞ superqəhrəman teleserialı olan "Fleş"in ikinci mövsümünün premyerası 6 oktyabr 2015-ci ildə The CW telekanalında baş tutmuş, 23 seriyalı mövsümün final seriyası isə 24 may 2016-ci ildə yayımlanmışdır. Birinci mövsümdə Sentral-sitinin xilas edilməsindən sonra Barri, paralal kainatdan gələn Zum adlı yeni təhlükə ilə üzləşir. Zum, sürət gücü ilə əlaqəsi olan hər kəsi məhv etməyə çalışır. "Fleş" serialı Ox Kainatına daxil olduğuna görə, onun hadisələri bu kainata daxil olan digər serialların hadisələri ilə birbaşa əlaqəlidir. İkinci mövsümün istehsalı ilə "Berlanti Productions", Warner Bros. Television və DC Entertainment məşğul olmuş, Endryu Kraysberq, Qabriel Stenton, Aaron və Todd Helbinqlər isə şouranner kimi layihədə iştirak etmişlər. İkinci mövsüm 2015-ci ilin yanvarında sifariş edilmiş və həmin ilin iyulundan növbəti ilin aprelinə kimi Vankuverdə çəkilmişdir. Əsas rolu canlandıran Qrant Qastinlə yanaşı, Kendis Petton, Daniella Panabaker, Karlos Valdes, Tom Kavanaq və Cessi L. Martin öz rollarına qayıtmışlar. Həmçinin ikinci mövsümdə serialın aktyor heyətinə Keynan Lonsdeyl qoşulmuşdur. Bu mövsümdə həm də spin-off kimi inkişaf etdirilən "Sabahın əfsanələri" serialının bir neçə personajı təqdim edilmişdir.
Fleş (I mövsüm)
ABŞ superqəhrəman teleserialı olan "Fleş"in birinci mövsümünün premyerası 7 oktyabr 2014-cü ildə The CW telekanalında baş tutmuş, 23 seriyalı mövsümün final seriyası isə 19 may 2015-ci ildə yayımlanmışdır. Serial, superinsan sürətinə malik olan və cinayətkarlıqla mübarizə aparan DC Comics kostyumlu superqəhrəmanı Barri Allen / Fleşə həsr edilmişdir. Serialda hadisələr, “Ox” teleserialı ilə eyni uydurma kainatda baş verir. Serialın istehsalı ilə “Berlanti Productions”, “Warner Bros. Television” və “DC Entertainment” məşğul olmuşlar. Birinci mövsümün şouranneri Endryu Kreysberqdir. Serialda Qrant Qastin tərəfindən canlandırılan Allen superinsan sürəti qazandıqdan sonra cinayətkarlığa, həmçinin superinsan bacarığını cinayət məqsədi ilə istifadə edən digər insanlara qarşı mübarizə aparır. Əsas aktyor heyətinə Qastinlə yanaşı Kendis Petton, Daniella Panabeyker, Rik Kosnett, Karlos Valdes, Tom Kavanaq və Cessi L. Martin daxildir. Mövsümün əsas çəkilişləri Vankuver, Britaniya Kolumbiyası, Kanadada aparılmışdır. Serialın pilot seriyası 4.8 milyon nəfər tərəfindən izlənərək 1.9 18–49 demoqrafik reytinqi qazanmış və beləcə “Fleş” 2009-cu ildə “Vampirin gündəlikləri” serialının göstərdiyi nəticədən bəri The CW telekanalında ən yaxşı nəticəni göstərmişdir.
Formula-1 mövsümlərin siyahısı
1950-ci ildən Dünya Formula-1 Çempionatı, Mühəndislər Kuboku 1958-ci ildən etibarən reallaşdırıldı. Cədvəl dünya çempionlarını və Dizayn Kubokunun sahiblərini keçən mövsümlərdə komandalar arasında göstərir. "Pilotlar" sütununda bu mövsüm Formula-1 yarışlarının başlamasına gedən pilotların sayı göstərilir, "Komandalar" sütununda iştirak edən komandaların sayı göstərilir. == Statistika == === Pilotlar – Dünya çempionları === Ölkəyə görə pilot: === Komandalar və Mühəndislər === Mühəndislər Kuboku üzrə Mühəndislər: Pilotların çempionluq adları üzrə komandalar: Statistikalar, 1958-ci ildən, Mühəndislər Kuboku ilə müqayisədə, nəticələrə əsaslanır.
Fuad Mövludov
Fənərbaxça PFK 2015-16 mövsümü
Fənərbaxça PFK 2015-16 mövsümü — Fənərbaxça İdman Klubunun futbol şöbəsinin qurulmasından sonra ümumilikdə 109-cu, milli çempionatda isə 58-ci mövsümü. 2014-15 mövsümünü 2-ci yerdə bitirən Fənərbaxça UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində iştirak edəcəkdir. === Formalar === Klubun formalarının Adidas şirkəti istehsal edəcəkdir. Formaların bel sponsoru Ülker, şort sponsoru MNG Kargo olacaqdır.
Fərid Mövsümov
Gilas mövsümü (teleserial, 2014)
Gilas Mövsümü — Türkiyə istehsalı serial. == Məzmunu == Serialın baş qəhrəmanı moda ilə maraqlanan və bu ixtisas üzrə təhsil alan Öykü Acar (Özge Gürel) adlı gənc bir qızdır. O, yeniyetmə qardaşı Cem və anası Meral (Ayşegül Ünsal) ilə sadə bir ailədə yaşayır. Öykünün, ən yaxın rəfiqəsi Bürcü Uyarın (Nihal Işıksaçan) qardaşı Metedən (Daghan Külegec)xoşu gəlir, hansı ki uşaqlıqda bir yerdə böyümüşdülər. Hamı kimi Mete də bunu bilmir və o, Öykünün rəfiqəsi Şeymanı (Nilperi Şahinkaya) sevir. Bir gün Öykü universitetə gedən zaman təsadüf nəticəsində Metenin ən yaxın dostu Ayazla (Serkan Çayoğlu) tanış olur. İlk dəfədən bir-birlərinə nifrət etsələr də, sonra dostlaşır və nəhayət, bir-birlərini həqiqətən də sevməyə başlayırlar. Onda Öykü anlayır ki, əsl sevgi artıq onu tapıb.
Günel Mövlud
Günel Mövlud (9 oktyabr 1981, Mehdili, Cəbrayıl rayonu) — azərbaycanlı şairə, jurnalist, publisist, tərcüməçi. == Həyatı == Günel Mövlud 1981-ci ilin 9 oktyabrında Cəbrayıl rayonunun Mehdili kəndində doğulub. 2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirib. 2000-ci ildən dövri mətbuatda yazıları çap olunur. "Alma" qəzetinin əməkdaşı olub. 2006-cı ildə "Qaranlıq və ikimiz", 2010-cu ildə "5XL — Bu bir bədən ölçüsüdür", 2013-cü ildə isə "Axşamçağına cavab" adlı şeirlər kitabları işıq üzü görüb. Sonuncu kitabı — "Axşamçağına cavab" həbsdə olan 7 N!DA-çı gəncə həsr olunub. Azad Yazarlar Ocağının üzvüdür. 2013-cü ildə bir illik müddətə bu təşkilata sədr seçilmişdir. == Tərcümələri == Viktor Pelevin.
Hacı Mövlamverdi Kürdmahmudlu
Hacı Mövsüm Səmədov
Mövsüm Səmədov (4 sentyabr 1966, Quba) — azərbaycanlı həkim, ilahiyyatçı alim, ictimai-siyasi xadim, Azərbaycan İslam Partiyasının 3-cü sədri və lideri (2007-h.h.). == Həyatı == Mövsüm Mərdan oğlu Səmədov 1965-ci il sentyabrın 4-də Quba rayonunda Mərdan və Mehparə Səmədovların ailəsində anadan olub. 1972–1982-ci illərdə Quba şəhər 3 saylı tam orta məktəbdə tam orta, 1983–1989-cu illərdə isə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicə profilaktika fakültəsində ali tibb təhsili alıb. 1989–1990-cı illərdə internatura keçmiş və "terapevt" ixtisasına yiyələnmişdir. 1990–1992-ci illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. Silahlı Qüvvələrin sıralarından "tibb xidməti leytenantı" hərbi rütbəsində tərxis edilib. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan tibb xidməti leytenantıdır. Hərbi xidmətdən sonra Rusiya Federasiyasının Dağıstan Respublikasında həkim, daha sonra isə Quba rayonu Digah kənd ambulatoriyasında 2 il baş həkim kimi çalışıb. 1995–2002-ci illərdə İranın Qum şəhərində yerləşən Qum Elmi Mərkəzində dini təhsil almışdır. === Ailəsi === M. Səmədov Mehparə Səmədova ilə ailəlidir.
Korra əfsanəsi (III mövsüm)
Kitab 3: Dəyişiklik (ing. Book Three: Change) Korra əfsanəsi cizgi serialının üçüncü mövsümdür. O, 13 seriyadan ("fəsildən") ibarətdir. == Yayımlama == Kitab 3 2014-cü ilin iyunun 27-dən ABŞ-nin Nickelodeon kanalında yayımlanmağa başlamışdı. Lakin aşağı düşən reytinqlərinə iyulun 25-də kanal serialı 8-ci seriyada yayımlamağa kəsdi.
Korra əfsanəsi (II mövsüm)
Kitab 2: Ruhlar (ing. Book Two: Spirits) Korra əfsanəsi cizgi serialının birinci mövsümün ikinci kitabıdır. Yayımı ABŞ Nickelodeon kanalında 2013 ilin sentyabrın 13-də başladı. == İstehsalı == 2011-ci ildə, əvvəldən tək mövsum olmalı 12 seriyalı Kitab 1: Hava istehsalı zamanı, Nickelodeon 14 seriya əlavə sifariş edib. 2012-ci ilin iyunda ikinci kitabın ssenarisi hazır idi və seriyalar kadrlama lövhəsi və cizgiləmə prosesində idilər. Kitab 2: Ruhlar əvvəldən birinci kitabı cizgiləndirən Studio Mir tərəfindən yox, Yaponiyanın Studio Pierrot tərəfindən cizgiləndirməli idi. Lakin, Mir studiyanın direktoru, Yu Cei Myanq dedi ki, bu razılaşma ilə problemə görə serialın prodüserləri onlardan ikinci kitabını da cizgiləndirmək xahiş elədilər. Onun dediyinə görə, əvvəldən Studio Mir Korra haqqında əfsanə kimi o qədər çətin olayan The Boondocks serialını cizgiləndirməyə seçib, çünki birinci kitab onlar üçün yorucu idi. Beləliklə, Studio Pierrot 1-6 və 9-cu, Studio Mir isə 7-ci, 8-ci, və 10-14 fəsilləri cizgiləndirib. === İrəlilətmə === İkinci kitabdan kadrlar birinci dəfə 2013-cü ilin iyunda reklam videosuda ictimaiyyətə açıqlanıb.
Korra əfsanəsi (IV mövsüm)
Kitab 4: Balans (ing. Book Four: Balance) Korra əfsanəsi cizgi serialının dördüncü mövsümüdür.
Korra əfsanəsi (I mövsüm)
Kitab 1: Hava (ing. Book One: Air) Korra əfsanəsi cizgi serialının birinci mövsümün birinci kitabıdır. Bu mövsumda Aanq haqqında əfsanə serialdan Avatar Aanqın xələfi Korra hava magiyasına öyrənmək üçün Respublika şəhərinə köçür və orada maskalı Amon adlı bir adamın tərəfindən başçılıq edilən Bərabərçilər (ing. Equalists) anti maq üsyançı qrupnan üzləşir. == Yayımlama == Televiziyada ilk efirdən öncə elan edilmişdir ki, əgər Korra Nation (ing. Korra Milləti) adlı sosial şəbəkə platforması 100 000 like yığsa, birinci iki seriya televiziya premyerasından əvvəl onlayn şəkildə çıxacaq. Bu məqsədə çatandan sonra, martın 24-də Viacom-a aid olan bir saytda birinci iki seriya üzə çıxmışdı. Onlar onlaynda həftəsonu ərzində mövcud qalmışlar. Kitab 1: Hava Nickelodeon və Nickelodeon HD kanallarında 2012-ci ilin aprelın 14-dən iyunun 23-ə dək yayımlamışdı. ABŞ-də yaşayanlar üçün bu seriyaları kanalın rəsmi saytda pulsuz onlayn izləmək və yükləmə haqqını almaq olardı.
Kərgədan mövsümü (film, 2012)
Kərgədan mövsümü — 2012-ci ilin filmi. == Haqqında == Kərgədan Mövsümü (Farsca: فصل کرگدن; Fasle Kargadan), Bahman Ghobadinin yazıb idarə etdiyi 2012-ci il istehsalı filmidir. Baş rollarda Bəhruz Vüsuki, Monika Belluçi, Yılmaz Ərdoğan, Caner Cindoruk, Beren Saat, Belçim Bilgin, Arash Labaf və Ali Pourtash oynamaqdadır. Filmin premyerası 26 sentyabr 2012-ci ildə San Sebastián Beynəlxalq Film Festivalında reallaşdırılmışdır. Unudulmaz bir eşq hekayəsini mövzu alan Kərgədan Mövsümü, Gobadi'nin ailə dostu olan və İran İslam İnqilabı əsnasında haqsız yerə 27 il həbs edilən iranlı kürd şair Sadeg Kamangar'in tragik hekayəsindən ilhamlanmışdır. Filmdə, Sahel (Behruz Vüsuki) və həyat yoldaşı Mina (Monika Belluçi) bir intiqam uğruna həbsə atılırlar. 10 il sonra sərbəst buraxılan Mina, yoldaşının öldüyünə inanır və iki uşağını alaraq İrandan İstanbula yerləşir. Aradan 20 il keçdikdən sonra azadlığına qovuşan Sahel, həyat yoldaşı və uşaqlarını axtarmağa başlayır. Kərgədan Mövsümü, Bahman Gobadi'nin İranı tərk etdikdən sonra idarə etdiyi ilk filmdir. Çəkilişləri İraq və Türkiyədə həyata keçirilmişdir.
Liverpul klubunda mövsümün oyunçusu
Bu "Liverpul" klubunda hər mövsüm üzrə parlaq oyunu ilə seçilmiş oyunçuların siyahısıdır. Seçimlər 2001-02 mövsümündən etibarən aparılır.
Mir Ağa Mövsümov
Mövsümov Mirağa Mirmövsüm oğlu (1850, Şamaxı -1926, Bakı) – maarif xadimi, pedaqoq, dinşünas alim-metodist, şair. Şamaxıda mollaxanada və mədrəsədə təhsil almış (1859-82), ərəb, fars dillərini, Ģəriəti, islam tarixini öyrənmiĢdir. ġamaxıda xüsusi məktəb açmıĢ (1882-87), oğlanlara əlifba və Ģəriət qaydalarını tədris etmiĢdir. 1887 ildə Bakıya köçərək, burada da ġamaxıdakı məktəb kimi məktəb açmıĢdır. 1892 ildə Bakı realnı məktəbində və Cənubi Qafqaz Ģiə ruhani idarəsində xüsusi komissiya qarĢısında imtahan verərək, Ģəriət və Azərbaycan dili müəllimi dərəcəsi almıĢ, uzun müddət Bakı məktəblərində Ģəriətdən dərs demiĢdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə pedaqoji fəaliyyətini davam etdirmiĢdir. Həsən bəy Zərdabi ilə dost olan M.Mövsümov onun millətin oyanmasına kömək edən nəğmələr yazmaq çağırıĢına cavab olaraq, "Əkinçi"də təbliğ olunan fikirlərin məzmununa uyğun yazdığı Ģerləri 1901 ildə Bakıda "Türk nəğmələrinin məcmuəsi" adı ilə kitab halında nəĢr etdirmiĢdir. H.Zərdabi "Türk nəğmələri"nin əhalinin siyasi düĢüncəsinin oyanmasına təsirini yüksək qiymətləndirmiĢ və müasir Ģairlərə M.Mövsümovun yolunu davam etdirməyi məsləhət görmüĢdü. M.Mövsümovun uĢaq Ģerlərindən ibarət "Hədiyyeyi-ətfal" (1911) kitabı da nəĢr olunmuĢdur. 20 əsrin əvvəllərində "rus-müsəlman" məktəbləri üçün "Təcvid" (1909), "ġəriət kitabı" (1909), "Tarixi müqəddəs" (1911), "Əhaili-islam" (1914), "Yeni təlimül-Ģəriə" (1916) və s.
Mir Həsən Mövsümov
Mirhəsən Hacı Mirağa oğlu Mövsümov (1882, Şamaxı – 17 iyun 1907, Bakı) — Hümmət Partiyasının qurucularından biri, naşir, yazıçı-publisist. İbtidai təhsilini Bakıda mollaxanada və rus-tatar məktəbində almışdır. Bakı Real Məktəbində oxumuşdur. Şəriət müəllimi, alim-metodist, şair Hacı Mirağa Mövsümovun oğludur. Erkən yaşlarından əmək fəaliyyətinə başlamış, çarizmə qarşı siyasi mübarizəyə qoşulmuş, Məhəmməd Əmin Rəsulzadə, Sultanməcid Əfəndiyev, Məşədi Əzizbəyov, Məmmədsadıq Axundov və başqaları ilə birlikdə Müsəlman Sosial Demokrat "Hümmət" Partiyasının əsasını qoymuşdur. Evində gizli mətbəə yaratmış, "Hümmət" qəzetinin 6 nömrəsini (1904–1905) və bir sıra siyasi vərəqələr buraxmışdır. Sosial-demokratik ideyaları təbliğ etdiyinə görə həbs olunmuş, irəli sürülən ittihamlar sübuta yetmədiyindən azad edilmişdir. Təqiblərdən qurtarmaq üçün Gədəbəyin gümüş, mis mədənlərində fəhlə işləmişdir. O siyasi mübarizədə bədii və publisist sözün təsir gücünə önəm vermiş, "Hümmət", "Dəvət-Qoç", "Təkamül", "İrşad" qəzetlərində müxtəlif janrlarda yazılar (hekayə, pyes, məqalə və s.) dərc etdirmişdir. Seyid Musəvinin "Çaq-çuk", "Təzə əsrin tüluunda", "Məşədi İsmayıl" hekayələri, "Mis mədəni" pyesi, "Bakı həbsxanası" məqaləsi və inqilabi vərəqələri Azərbaycan ədəbiyyatı və publisistikasında özünəməxsus yer tutur.
Mir Mövsüm Ağa
Mir Mövsüm Ağa (Seyidəli Mir Abutalıb oğlu Mirmövsümzadə; 1883, Bakı – 17 noyabr 1950, Bakı) — Bakı və ətraf kəndlərin sakinləri tərəfindən möcüzəli qüvvələrə malik olduğuna inanılan fiziki qüsurlu şəxs. Seyidəli Mirmövsümzadənin sümükləri zəif inkişaf etmişdi, özü hərəkət edə, düz otura bilmirdi. 1883-cü ildə dünyaya gələn Seyid Mir Talıb Ağanın oğlu Seyidəli fiziki qüsurlu olsa da, hələ kiçik yaşlarından həm ailə üzvləri, həm də qohumları onda qeyri-adilik olduğunu iddia edirdilər; məsələn, onlar iddia edirdlər ki, Seyidəli başı ağrıyan adama əlini çəkən kimi həmin şəxsin bütün ağrıları keçir. Seyidəlinin bu xüsusiyyətlərinə görə ona Mir Mövsüm Ağa deyə müraciət edirdilər. 40 yaşına qədər Seyidəli Mirmövsümzadə yeriyə və otura bilirdi, amma kalsium çatışmazlığına görə çətinlik çəkirdi. Seyid uzun illər İçərişəhərdə Firdovsi küçəsi – 3-dəki mənzildə yaşayıb. Sağlığında bu ünvan Mir Mövsüm Ağa ziyarətgahı kimi tanınıb. 1950-ci ildə Mir Mövsüm Ağa vəfat etdi. Hazırda dəfn edildiyi qəbiristanlıq ziyarətgaha çevrilib. Ziyərətgah Bakının Şüvəlan qəsəbəsindəki "qədim qəbiristanlıq " deyilən ərazidə yerləşir.
Mirzə Mövsümzadə
Mirzə Məmməd oğlu Mövsümzadə (17 oktyabr 1939, Bakı) — kimya elmləri doktoru, professor. Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda elmi işlər üzrə direktor müavini. Mirzə Mövsümzadə1939-cu il oktyabrın 17-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 36 saylı məktəbdə aldıqdan sonra, 1958-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının kimya texnologiyası fakültəsiniə qəbul olunub. 1963-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirdikdən sonra Azərbaycan Neft-Kimya Prosesləri İnstitutuna işə qəbul olunub. 1964-cü ildə o, aspiranturaya daxil olub. 1968-ci ildə "α-monoxlorhidrin qliserin efirləri törəmələrinin sintezi və yağlara aşqar və polimer materiallarına stabilizator kimi tədqiqi" mövzusunda namizədlik dissertasiya müdafiə etmişdir. 1986-cı ildə "Elektrolit-karbohidrogen sistemləri üçün səmərəli metalların korroziyası inhibitorlarının sintezi və alınma texnologiyasının işlənilməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsini almış, 1991-ci ildə isə professor elmi adına layiq görülmüşdür. 1967-1983-ci illər ərzində AMEA Aşqarlar Kimyası İnstitutunda kiçik və böyük elmi işçi, «Yanacaqlara aşqarlar» laboratoriyasının rəhbəri vəzifələrində çalışmış, 1992-ci ildən bu günədək institun elmi işlər üzrə direktor müavinidir. Məmməd Mövsümzadənin oğludur.
Möhtəşəm əsr (I mövsüm)
Türkiyə tarixi, dram və döyüş teleserialı olan Möhtəşəm əsr teleserialının birinci mövsümünün premyerası 5 iyun 2011-ci il tarixində Show TV kanalında baş tutmuş, 24 seriyadan ibarət olan birinci mövsümün final seriyası isə 24 iyun 2011-ci ildə nümayiş edilmişdir. Teleserialda Osmanlı İmperiyasının ən güclü hökmdarlarından biri, 10 il 1 ayını səfərdə keçirmiş və bununla da Osmanlı İmperiyasının ən çox səfərə çıxan və ən çox səfərdə vaxt keçirən hökmdarı kimi tarixə düşmüş, "Möhtəşəm Süleyman" ləqəbi ilə tanınan Sultan Süleymanın həyatından bəhs edilmişdir. Həmçinin teleserialda Sultan Süleymanın Hürrəm Sultanla olan eşqi, Hürrəm Sultanın övladları üçün daxil olduğu taxt mübarizəsi və dövrün saray həyatı öz əksini tapmışdır. Birinci mövsüm ümumilikdə 24 seriyadan ibarət olmuş, hər seriyası isə təxminən 100-120 dəqiqə nümayiş olunmuşdur.
Mövcud valyutaların siyahısı
Mövdud (Qəznəvi hökmdarı)
Mövdud Qəznəvi — Məhəmməd Qəznəvini 8 aprel 1041-ci ildə Cəlalabadda məğlub edərək onu edam etmişdi. Lakin qardaşı Məcdud Qəznəvi onun hakimiyyətini tanımadı və Lahor şəhərindən hücuma keçdi lakin yolda öldükdən sonra Mövdud tam hökmdar oldu. 1047-ci ildə Pişəvərdəki hind üsyanını yatırdı və Sistanı Səlcuqilərdən aldı. 1049-cu ildə isə Bamiyan şəhərini ələ keçirdi. Onun dövründə Qəznəvilərin qərb torpaqları Səlcuqların əlinə keçdi.
Mövdud Qəznəvi
Mövdud Qəznəvi — Məhəmməd Qəznəvini 8 aprel 1041-ci ildə Cəlalabadda məğlub edərək onu edam etmişdi. Lakin qardaşı Məcdud Qəznəvi onun hakimiyyətini tanımadı və Lahor şəhərindən hücuma keçdi lakin yolda öldükdən sonra Mövdud tam hökmdar oldu. 1047-ci ildə Pişəvərdəki hind üsyanını yatırdı və Sistanı Səlcuqilərdən aldı. 1049-cu ildə isə Bamiyan şəhərini ələ keçirdi. Onun dövründə Qəznəvilərin qərb torpaqları Səlcuqların əlinə keçdi.