DİK – ALÇAQ Girdmanın igid sərkərdəsi meydanda dik bir yerdə görünərdi (M.Hüseyn); Qarşıda yol qırağında olan alçaq daxmalarda, uca ağaclar, dəmir dirəklər yavaş-yavaş irəli gəlir (S.Qədirzadə).
DİK – ÇƏPƏKİ Tahirzadə öz adını deyəndə Mirzə Rza diksinmiş kimi onun üzünə dik baxdı (Mir Cəlal); Nə isə o bu gün öz dostuna çəpəki baxırdı.
DİK – DÜZ Osman gözətçidir o yanki dikdə; Seyr edir baş-ayaq Nemsə düzünü (H.Sanılı).
DİK – ENİŞ Qarlı, uca, dik başı; Az qalır dəysin aya (A.Şaiq); O, atı dəhmərləyir, çox çəkmədən enişi enib yoxuşa dırmaşır (Ə.Vəliyev).