DİKBURUN

sif.
1. Burnunun uc tərəfi dik olan.
Sualı verən arıq, rəngi solğun, dikburun, dombagöz bir qız idi. Ə.Əbülhəsən.

2. Burun tərəfi yuxarı qalxmış, burnu qalxıq (çəkmə və s.).
Çəkdilər burnuna qara yaşmağı; Ayaqda dikburun sarı başmağı. H.K.Sanılı.
Laçın gah ayağındakı dikburun çarığa, gah da palçığa bulaşmış patavasına baxıb düşünürdü. M.Hüseyn.

DİKBIĞ
DİKCƏ

Digər lüğətlərdə