DİLAVİZ

sif. [ fars. ] klas. Ürəyi cəlb edən, ürəyə yapışan, ruhu oxşayan, xoşagələn.
Buxağı bərgi-gül, zülfü dilaviz; Dəhanı mirvarid xəzinəsidir. Ə.Nəbati.
Nə qədər şairin təbi səlim, zehini açıq … olsa, bir o qədər onun qələmi(ndən) vücuda gələn nəqşlər və təsvirlər [gözəl] və dilaviz olacaqdır. F.Köçərli.
Xəfif bir külək arabir dilaviz rayihəsi ilə insanın ürəyini oxşayırdı. C.Cabbarlı.

DİLAVƏRLİK
DİLAYRI

Digər lüğətlərdə