fars.dil – ürək, ər. qafil – bixəbər
Qəflətdə olan, heç nədən xəbəri olmayan. (“Koroğlu” dastanının lüğəti)
Ey dili-qafil, bu necə ola bilər ki, mən aşıq Cünun olam, ayağım dəyməmiş yer, gözüm görməmiş adam olmaya, amma Çənlibelə gedib Koroğlunu görmüyəm. (“Koroğlunun Ərzurum səfəri”)
*
Nigar xanım öz-özünə dedi: “Ey dili qafil, bu ki elə Koroğlu deyir, olmaya Koroğlu özüdü. Əlbət, Bəlli Əhməd naməni ona çatdırıb”. (Paris nüsxəsi, 5-ci məclis)