DİRİ
DİRİBAŞ
OBASTAN VİKİ
Diri
Diri – Azərbaycanın Qarabağ inzibati ərazi vahidində kənd. Diri kəndinin hazırkı Cəbrayıl rayonunun Xudayarlı kəndinin ərazisində yerləşdiyi güman edilir. Madərşahlıq dövrünə aid Mazan nənə türbəsi bu kənddə yerləşirdi. Kəndin XIII–XIV əsrlərdə mövcud olduğu qaynaqlarda bildirilir. Bir qaynaqda yazılıb ki, Diri kəndi Şıxlar kəndində qərar tutan, Şeyx Cabir Ənsari övladından olan Şeyx Kəmaləddin oğlu Şeyx Siracəddin vəqfinə bağlıdır. "Qurbani" dastanının Zəncan versiyasına görə kəndin yiyəsi Hüseynalı xan idi. O, həm də Dirili Qurbaninin əmisi olub. Xudayarlı kəndinin ərazisində "Hüseynalı zəmisi" adlı tarla yeri vardı. Dastanın Diri versiyasına görə kəndin sahibi Fərəməz bəy olub. Aşıq Qurbani əslən Diridən olduğunu bir neçə qoşmasında bildirib.
Diri-diri basdırılma (hekayə)
Diri-diri basdırılma (ing. The Premature Burial) - Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1844-cü ildə The Philadelphia Dollar Newspaper nəşriyyatında nəşr edilmişdir.
Diri diri basdırılma (hekayə)
Diri-diri basdırılma (ing. The Premature Burial) - Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1844-cü ildə The Philadelphia Dollar Newspaper nəşriyyatında nəşr edilmişdir.
Diri diri basdırımla (hekayə)
Diri-diri basdırılma (ing. The Premature Burial) - Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1844-cü ildə The Philadelphia Dollar Newspaper nəşriyyatında nəşr edilmişdir.
Diri baba türbəsi
Diribaba türbəsi — Qobustan rayonunun Qobustan şəhərində, dağın döşündə tikilmiş ikimərtəbəli türbə. Diribaba türbəsi həm də xatirə məscidi vəzifəsini daşıyır. Türbənin mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində onun tikilmə tarixi haqqında belə bir məlumat əks olunmuşdur: "Hicri 805-ci ildə (eramızın 1402-ci ilində) Şirvanşah Şeyx İbrahimin əmri ilə tikilib." Şirvanı qonşu ölkələrə bağlayan karvan yolunun yaxınlığında yerləşən Diri baba bir çox səyyahların diqqətini özünə cəlb etmişdir. XVII əsrin 30-cu illərində Qolştin səfirliyinin İran şahlığından elçisi Adam Oleari, holland səyyahı (XVII əsrin axırlarında Mərəzədən keçmişdir) Kornelius Devrin və digər səyyahlar yol qeydlərində həmin abidə haqqında yazmış və hətta türbənin rəsmini də çəkmişlər. Qeyd etmək lazımdır ki, həmin rəsmlərdə türbənin təsviri tam olduğu kimi göstərilmişdir. Lakin zaman keçdikcə abidə öz xarici görkəmini dəyişmişdir. XVII əsrdə abidə ilə bağlı bəzi məlumatların yoxlanılması üçün Rusiya imperiyasından xüsusi səlahiyyətli şəxslər gəlmiş, özlərinin maraq dairəsində abidəni tədqiq etmişlər. Qafqazın qədim keçmişinin araşdırmaçılarından olan Y.Bartolomeyin təlimatı əsasında XIX əsrdə rusiyalı akademik B.Dorn da abidə ilə maraqlanmışdır. Vaxtı ilə məşhur alim Məşədixanım Nemətova bu türbə haqqında tədqiqat işi aparmışdır. Məşədixanım Nemətova yazır ki, türbənin daş kitabəsi Petroqrad şəhərində , Ermitaj adlanan muzeydə saxlanılır.
Dilarə Əliyeva (dirijor)
Dilarə Asif qızı Əliyeva (22 iyul 1954, Bakı) — Azərbaycan dirijoru, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru (2012-ci ildən), Əməkdar İncəsənət Xadimi (2008), 4 dəfə prezident mükafatına layiq görülmüşdür.[mənbə göstərin] Dilarə Asif qızı Əliyeva 1954-cü ildə Bakı şəhərində anadan olub. 1969–1972-ci illərdə Asəf Zeynallı adına Musiqi kollecində fortepiano şöbəsində təhsil almışdır. 1975–1979-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasını iki fakültə — xor dirijorluq və orqan üzrə bitirmişdir. Təhsil aldığı illərdən çalışmağa başlayan Dilarə Əliyeva ilk pedaqoji fəaliyyətinə 1973-cü ildən 7 nömrəli musiqi məktəbi ilə başlamışdır. Daha sonralar 1978–1980-ci illərdə 15 nömrəli musiqi məktəbində, 1980–1994-cü illərdə Lenin adına Azərbaycan Pedaqoji universitetində, 1994–2012-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fəaliyyət göstərmişdir. Bülbül adına orta ixtisas musiqi məktəbində çalışdığı illərdə ilk adı "Qız qalası" olan Uşaq Xor Kapellasının əsasını qoyur. Bu günə qədər Uşaq Xor kapellesını davam etdirərək bir sıra dövlət tədbirlərində, konsertlərdə, xarici ölkələrdə çıxışlar edir. 2012-ci ildən bu günə qədər isə Dilarə xanım Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Öz bilik və təcrübələrini daim uşaqlarla paylaşmağa çalışan Dilarə Əliyeva hər zaman uşaqların bilik və bacarıqlarına yüksək qiymət vermiş, gənclərə dəstək olmağa çalışmışdır. 1975–1979-cu illərdə – Azərbaycan Dövlət Konservatoriyasında təhil almışdır. 1973-cü ildən – 7 nömrəli musiqi məktəbi pedaqoji fəaliyyətə başlayıb.
Diribaba türbəsi
Diribaba türbəsi — Qobustan rayonunun Qobustan şəhərində, dağın döşündə tikilmiş ikimərtəbəli türbə. Diribaba türbəsi həm də xatirə məscidi vəzifəsini daşıyır. Türbənin mərtəbələrini bir-birindən ayıran dekorativ yazı kəmərində onun tikilmə tarixi haqqında belə bir məlumat əks olunmuşdur: "Hicri 805-ci ildə (eramızın 1402-ci ilində) Şirvanşah Şeyx İbrahimin əmri ilə tikilib." Şirvanı qonşu ölkələrə bağlayan karvan yolunun yaxınlığında yerləşən Diri baba bir çox səyyahların diqqətini özünə cəlb etmişdir. XVII əsrin 30-cu illərində Qolştin səfirliyinin İran şahlığından elçisi Adam Oleari, holland səyyahı (XVII əsrin axırlarında Mərəzədən keçmişdir) Kornelius Devrin və digər səyyahlar yol qeydlərində həmin abidə haqqında yazmış və hətta türbənin rəsmini də çəkmişlər. Qeyd etmək lazımdır ki, həmin rəsmlərdə türbənin təsviri tam olduğu kimi göstərilmişdir. Lakin zaman keçdikcə abidə öz xarici görkəmini dəyişmişdir. XVII əsrdə abidə ilə bağlı bəzi məlumatların yoxlanılması üçün Rusiya imperiyasından xüsusi səlahiyyətli şəxslər gəlmiş, özlərinin maraq dairəsində abidəni tədqiq etmişlər. Qafqazın qədim keçmişinin araşdırmaçılarından olan Y.Bartolomeyin təlimatı əsasında XIX əsrdə rusiyalı akademik B.Dorn da abidə ilə maraqlanmışdır. Vaxtı ilə məşhur alim Məşədixanım Nemətova bu türbə haqqında tədqiqat işi aparmışdır. Məşədixanım Nemətova yazır ki, türbənin daş kitabəsi Petroqrad şəhərində , Ermitaj adlanan muzeydə saxlanılır.
Diridağ
Diridağ (Cəbrayıl) — Cəbrayıl rayonu ərazisində dağ. Diridağ (Ordubad) — Ordubad rayonu ərazisində dağ.
Diridağ (Cəbrayıl)
Diridağ — Cəbrayıl rayonu ərazisində dağ. Diridağ kəndi - Araz çayının sahilindədir. Dağda Diri kəndinin və qalasının xarabalıqları qalır. Yerli əhalinin məlumatına görə, XVIII-XIX əsrlərdə Diri kəndinin əhalisi Cənubi Azərbaycanın Qaradağ mahalına köçmüşdür. Lakin sonralar onların bir qismi geri qayıdaraq indiki Zəngilan rayonu ərazisində Dirili adlı yaşayış məntəqəsinin əsasını qoymuşdur. Hazırda həmin kənd Muğanlı kəndinə birləşmişdir. Tədqiqatçıların fikrincə, toponim özündə Qafqaz Albaniyasında erkən orta əsrlərdə mövcud olmuş Tri əyalətinin və eyniadlı qalanın, yaxud monastırın adını əks etdirir. Zəngilan rayonunda, Oxçu çayının Araza töküldüyü yerdə Tiri adlı qala var. Sonralar burada salınmış kənd də qalanın adı ilə adlandırılmışdır. XIX əsrə aid mənbələrdə həmin kənd Diri kimi qeydə alınmıĢdır.
Diridağ (Ordubad)
Diridağ — Ordubad rayonu ərazisində dağ (hünd. 2528,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Azərməsçid aşırımından (3474,7 m) cənub-qərbə ayrılan Uçurdağ qolunda zirvə Vənəndçayın sol sahilində, Pəzməri kəndindən 1,5 km cənub-şərqdədir. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qabbro-qranit formasiyasına aid qranodiorit və adamellitlərdən təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb qanadında yerləşir.
Diridoğan kərtənkələlər
Diridoğan kərtənkələlər (lat. Zootoca vivipara) — Əsl kərtənkələlər fəsiləsinə və eyni adlı cinsə aid növ. Bəzən bu növün daxil olduğu cinsi Meşə kərtənkələləri (Zootoca) adlandırılır. Əvvəllər isə bu növ Yaşıl kərtənkələlər cinsinə daxil edilirdi. Demək olar ki, bütün Şimali Avropa boyunca, Mərkəzi və Şərqi Avropada və Şimali Asiya ərazilərində yayılmışlar. Onlar soyuq temperatura davamlığı ilı seçilirlər. Bu səbəbdən arealları Şimal Buzlu okean sahillərinə qədər uzanır. Diridoğan kərtənkələlər 15–18 sm uzunluğa malik olsalarda onun 10–11 sm quyruğu təşkil edir. Belinin ortası qəhvəyi olur və tünd xətlərə malik olurlar. Aşağı nahiyəsi açıq rənglərdə olur.
Dirijor
Dirijor (fr. diriger — idarə etmək, yönəltmək, başçılıq etmək) — ansambl (orkestr, xor, opera və s.) musiqisininin ifa prosesinə başçılıq edən şəxs. Dirijor ansamblın bütün üzvlərinə nəzarət edərək, onları düzgün istiqamətə yönəldərək musiqi əsərinin gözəl şəkildə ifa olunmasını təmin edir. Əvvəllər ansamblın bir üzvü D. rolunda çıxış edir, ifaçılara yol göstərirdi; sonralar xüsusi D. meydana gəldi. D. əsərin ifa xarakterini orkestr üzvlərinə xüsusi hərəkətlə şərh edir. Dirijorluq sənəti xüsusi əl hərəkətləri sisteminə əsaslanır; dirijorun üzünün ifadəsi, baxışı, mimikası mühüm rol oynayır. Dirijor ansamblın həmahəng səslənməsini, ifanın texniki kamilliyini təmin edir, əsərin ideya məzmununu, üslubunu və bədii məqsədini idarə etdiyi kollektivə çatdırmağa çalışır. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması, inkişafı Niyazinin adı ilə bağlıdır. Niyazi Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin, kantata və oratoriyalarının ilk ifaçısı olmuş, bu əsərlərin şərh edilməsində özünə məxsus orijinal ifaçılıq üslubu yaratmışdır. Onun traktovkasında milli bəstəkarların bir çox əsəri, o cümlədən Ü. Hacıbəyovun "Koroğlu" operası dünya musiqisinin qızıl fonduna daxildir.
Dirijor (film, 1980)
"Dirijor" (pol. Dyrygent) — rejissor Anje Vaydanın filmi. Gənc istedadlı skripka ifaçısı Marta ABŞ-yə təhsil almağa gəlir. O, burada bir vaxtlar anası ilə məhəbbət hekayəsi yaşamış məşhur dirijorla tanış olur. Con Lyasoski uzun mühacirətdən sonra doğma şəhərinə baş çəkmək və yerli simfonik orkestrlə çıxış etmək qərarına gəlir. Bu orkestrə Martanın əri Adam rəhbərlik edir. Onun bu orkestrlə məşqi zamanı iki dirijor arasında böyük fərq olduğu görünür. Müdrik, xeyirxah maestro Lyasoski və lovğa, zalım Adam bir-birindən çox seçilir. Böyük musiqiçinin gəlişi gənc cütlüyün ailə münasibətlərində də öz əksini tapır. Ən yaxşı kişi roluna görə "Gümüş Ayı" mükafatı – Anje Severin Ssenari müəllifi : Anje Kiyovski Rejissor : Anje Vayda Operator : Slavomir İdzyak Musiqisindən istifadə edilən bəstəkar : Lüdviq van Bethoven (Simfoniya No.
Dirili Qurbani
Aşıq Qurbani (az-əbcəd. آشیق قربانی‎) və ya Dirili Qurbani (1477, Diri – 1550, Diri) — XV–XVI əsrlərdə yaşamış Azərbaycan aşığı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Aşıq Qurbani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Aşıq Qurbani XV–XVI əsrlərdə yaşamış, Diri kəndində (indiki Azərbaycanın Cəbrayıl rayonu) anadan olmuşdur. Nə zaman anadan olduğu və ya vəfat etdiyi dəqiq deyildir. O, Şah İsmayıl Xətainin müasiri idi və fəaliyyətinə sarayda davam edirdi. Xalq dastanlarına görə Qurbani tanrının onun yuxusuna müdaxiləsi etməsindən sonra aşıq olmuşdur. O bu yuxuda böyük bir saray və bağda dayanan gözəl bir qız görür. O qızın adı Pərizat (Pəri) olur və Qurbaniyə baxır. Beləliklə, Qurbani həmin qıza aşiq olur, ancaq gördüklərinin sadəcə bir yuxudan ibarət olduğunu anlayır.
Dirili Qurbani Məclisi
Dirili Qurbani Məclisi - Ədəbi-bədii ictimai təşkilat Dirili Qurbani Məclisi Azərbaycan aşıq poeziyasının, saz-söz sənətinin ən dəyərli nümunələrini yaratmış Aşıq Qurbaninin adını daşıyır. Məclisin sədri Yusif Dirilidir. "Dirili Qurbani Məclisi üzvlərinin nəsr əsərləri - 2", Bakı, Təfəkkür, 2011. 80 səh. (tərtib edənlər.
Dirili Surxay
Dirili Surxay (1902–1945) — aşıq. Aşıq Surxay Bəyalı oğlu 1902-ci ildə Cəbrayıl qəzasının Xudayarlı kəndində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Təbriz şəhərində mədrəsədə oxumuşdu. Özünü tanıyandan heyvandarlıqla məşğul olub. Yaylaqları Camal qalağından, qışlaqları Diridağa qədər yollarda ayaq döyüb, qoyun-quzu otarıb. Anası Tükəzban xanım Hacı Abbasəli bəy qızının fikri Surxayı molla, ruhani etmək idi. Surxay isə bir ucu nimçədən, bir ucu çömçədən yapışıb aşıqlıq etdi. Dirili Surxay 1945-ci ildə vəfat edib. Dirili Surxay Zəhra Mehdi qızı ilə ailə qurmuşdu.
Dirilik (jurnal)
Dirilik — Azərbaycan türklərinin milli varlığını qoruyub saxlamaq uğrunda mübarizə aparan jurnal. 1914-cü il sentyabr ayının 16-dan 1916-cı ilin ortalarına kimi çap olunmuş siyasi türk məcmuəsi. "Dirilik" jurnalı 1914-cü ilin sentyabr ayının 16-da mətbuat fəaliyyətinə başlamışdır. Bu jurnal Mirzə Bala Məmmədzadənin yazdığı kimi, həm də siyasi bir türk məcmuəsi idi. 1914-cü ildə 8, 1915-ci ildə 9, 1916-cı ildə isə 7 nömrəsi çap olunmuşdur. 1916-cı ilin ortalarında nəşri dayandırılmışdı. Məcmuənin sahibi-imtiyazı Əbülfəzl Mətləbzadə, müdiri isə Əliabbas Müznib idi. Məhəmməd Əmin Rəsulzadənin, Kazımoğlunun, Əbdülxalıq Cənnətinin, Əli Səttarlı, Cəfər Cabbarlının, Əliağa Vahidin iştirak etdiyi bu məcmuədə ədəbi nümunələr də oxuculara çatdırılırdı. Mətbuat tarixinin araşdırıcıları "Dirilik" jurnalını ədəbi-məfkurə mərkəzlərindən biri hesab edirlər. Cümhuriyyət ideyasının müəlliflərindən olan Məhəmməd Əmin Rəsulzadənin milli şüur konsepsiyasının proqramı olan "Dirilik nədir?" adlı məşhur əsəri də bu jurnalda çıxmışdır.
Dirilik Suyu (1991)
Dirilik suyu (film, 1991)
Diriliş: Ərtoğrul (teleserial, 2014)
Diriliş: Ərtoğrul — Tekden Film tərəfindən hazırlanan ssenarisini Mehmet Bozdağın yazdığı baş rollarda Engin Altan Düzyatan, Kaan Taşaner, Didem Balçın, Osman Soykut, Serdar Gökhan və Mehmet Çevikin paylaşdığı teleserialdır. İlk seriyası 10 dekabr 2014-cü ildə yayınlanıb. İlk seriyasının yayınlandığı günün AB qrupu üzrə reytinq sıralamasında I sırada olmuşdur. Serialın hekayəsi XIII əsrdə Ərtoğrul Qazi və Alplarının Məbəd cəngavərləri və monqollara qarşı olan mübarizəsini və Osmanlı Bəyliyinin qurulma dövrü haqqındadır. Serialın 2015-ci ildə Kann kinofestivalında "şərəf qonağı" olaraq iştirak edəcəyi deyilir. Serial 2019-cu ilin 29 may günündə bitmişdir. Engin Altan Düzyatan-Ərtoğrul bəy 1-150 Kaan Taşaner-Gündoğdu bəy 1-60/146-149 Serdar Gökhan-Süleyman şah 1-26 Hülya Darcan-Haymə xatun 1-150 Esra Bilgiç-Həlimə xatun 1-116 Didem Balçın-Selcan xatun 1-61/127-149 Hande Subaşı-Ayqız 1-26 Burcu Kıratlı-Gökçə xatun 1-57 Cengiz Coşkun-Turgut alp 1-150 Nurettin Sönmez-Bamsı alp 1-150 Cavit Çetin Güner-Doğan alp 1-83 Mehmet Çevik-Dəli Dəmir 1-48 Hakan Vanlı-Qurdoğlu 1-23 Arda Anarat/Batuhan Karacakaya-Dündar bəy 1-97 Sedat Savtak-Numan 1-14 Burak Temiz-İgid 1-61 Serdar Deniz-Titus 1-26 Levent Öktem-Ustad Petruçio 1-25 Mehmet Emin İnci-Əl-Əziz 2-16 Burak Çimen-Nəsir 2-15 Özlem Aydın-Elenora 1-5 İskender Altın-Cuvanni 1-17 Atilla Engin Kardinal Tomas 5-25 Dilek Serbest-İzadora 7-22 Büşra çubukçuoğlu-Leyla 7-14 Zeynep Aydemir-Eftalya 5-18 Celal Al-Əbdürrəhman 1-150 Can Kahraman-Qara Toyqar 1-15 Gökhan Atalay-Şahabəttin Toğrul 2-16 Reshad Strik-Kladius 14-24 Hüseyin Özay-Qorqud bəy 27-49 Uğur Güneş-Tuğtəkin bəy 27-58 Evrim solmaz-Aytolun 27-53 Barış Bağcı-Noyan 27-59/116-121 Teleserial üçün 4 aylıq bir hazırlıq həyata keçirildi. Döyüş səhnələri üçün Qazaxıstandan gətirilən komanda aktyorlara qılınc və oxçuluq dərsləri keçdi. Hər gün sistemli olaraq at minildi.
Diriliş:Ərtoğrul (teleserial, 2014)

Diriliş:Ərtuğrul (teleserial, 2014)
Diriliş kilsəsi (Kökşetau)
Diriliş kafedralı (qaz. Qaita tırılu sobory; rus. Воскресе́нский собо́р) və ya Məsihin dirilişi kilsəsi (qaz. Mäsıhtıñ qaita tırılu şırkeuı; rus. Храм Воскресе́ния Христо́ва) ― Qazaxıstanın şimalındakı Akmola vilayətinin paytaxtı Kökşetauda, Kopa Gölü sahilində yerləşən Rus Pravoslav kafedralı. Kilsə Rus Pravoslav Kilsəsinin Kökşetau dekanlığının əsas məbədidir. Kilsə memarlar Belik D.L. və Matskovyak V.Q.-nin dizaynı ilə 2015 ilə 2020 arasında inşa edilmişdir və 2020-ci ildə təqdis edilmiş. Pasxaya həsr olunmuş kilsənin tutumu 500 nəfərdən çoxdur. Tikili neoklassik üslubda tikilmişdir. Kökşetaudakı Diriliş kilsəsi 2015-ci ildə tikilmişdir.
Etibar Əhmədov (dirijor)
Etibar Əhmədov (azərb. Əhmədov Etibar Əhmədağa oğlu‎, rus. Ахмедов Этибар Ахмедага оглы; d. 6 iyun, 1959. Bakı, Azərbaycan SSR, SSRİ) — Rusiya Federasiyasının əməkdar artisti. Novosibirsk Musiqili Komediya Teatrının quruluşçu dirijoru. Əhmədov Etibar Əhmədağa oğlu 1959-cu il iyunun 6-da Bakıda anadan olub. 1974-cü ildə Bakıda Asəf Zeynallı adına musiqi məktəbinin xor dirijorluğu şöbəsinə pedaqoq Q.Gimpileviçin sinfinə qəbul edilib və 1978-ci ildə oranı bitirib. Azərbaycan Dövlət Opera və Balet Teatrının baş xormeysteri N.Məlikovun rəhbərlik etdiyi dövlət imtahan komissiyasının tövsiyəsi ilə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) xor dirijorluğu fakültəsinə - kafedranın dosenti L.Atakişiyevanın sinfinə daxil olub. Təhsil illərində E.Əhmədov kamera xorunda xor artisti kimi çalışıb, Sovet İttifaqının şəhərlərində (Sevastopol, Simferopol, Tbilisi, İrəvan, Kişinyov) qastrol səfərlərində olub.
Hindenburq (dirijabl)
Hindenburq (dirijabl), LZ 129 Hindenburg (Luftschiff Zeppelin №129) — 6 may 1937-ci ildə ABŞ-də qəzaya uğrayaraq 36 nəfərin ölümünə səbəb olan alman dirijablı. Almaniya prezidenti Paul fon Hindenburqun şərəfinə adlandırılmışdır. Nəhəng gümüşü dirijabl Atlantik okean sahillərindən Nyu-Yorka tərəf hərəkət edirdi. Aşağıda- eyvanlarda, həyətlərdə, küçələrdə minlərlə insan isə onu təntənə ilə qarşılayırdı. Şahidlərin sözlərinə görə o, nəhəng qeyzerə bənzəyirdi. Bəziləri onu yanan şəlaləyə oxşadırdı. Səma nəhəngi "Hindenburq" cəmi 4 saniyəyə külə döndü. "Hindenburq"a Avropadan Amerikaya gəlmək üçün cəmi 2 gün kifayət etdi. 1937-ci ildə bəşəriyyət hava okeanına qalib gəldi. Qalib olmaq isə əsl alman soyadlı kapitana- Maks Prussa qismət oldu.

Digər lüğətlərdə