DİŞSİZ

sif.
1. Ağzında dişləri olmayan.
Dişsiz ağız – dişsiz dəyirman. ( Ata. sözü ).
Kişi quru çörəyi dişsiz damağında övkələdikcə çənəsi şaqqıldayır, gicgahlarındakı damarlar oynayırdı. İ.Şıxlı.

2. məc. dan. Zəif, sözü keçməyən, ağzıboş, nüfuzsuz, iradəsiz.
[Zübeydə:] Qoca indi dişsiz bir ilandır, ömrünün qalanını zindanda qalmalıdır. Ə.Məmmədxanlı.

DİŞRƏ
DİŞSİZLİK
OBASTAN VİKİ
Dişsiz balinalar
Dişsiz balinalar, bığlı balinalar (lat. Mystacoceti) — balinakimilər dəstəsindən məməlilər yarımdəstəsi. Üst çənəsində diş əvəzinə "balina bığı" adlanan uzun buynuz lövhələr var (ikinci adı da buradandır). Bığların kənarı uzun qılcıqlara ayrılıb. Dişsiz balinaların qidası olan su orqanizmlərini süzən narın, ələyəbənzər süzgəç əmələ gətirir. Burnunda tək-tək yerləşən vibrislər (duyğu orqanı) var. Başının təpə hissəsində 2 burun dəliyi olur. Dişsiz balinaların ən irisinin uzunluğu 33 m, kütləsi 160 t-dur. 4 müasir fəsiləsinə aid 10 növü məlumdur: Qrenlandiya balinası Seyval Kiçik cənub zolaqlı balina boz balina qozbel balina göy balina finval seyval Kiçik zolaqlı balina Brayde zolaqlı balina. Bütün okeanlarda geniş yayılmışdır.
Dişsiz məməlilər
Cücüyeyənlər (lat. Pilosa) — kəmdişlilər dəstəüstünə aid heyvan dəstəsi.

Digər lüğətlərdə