DOĞRAMAQ

f.
1. Doğrayıcı, kəsici alətlə bir şeyi xırda-xırda kəsmək, parça-parça kəsmək; parçalayıb, sındırıb kiçik-kiçik hissələrə ayırmaq. Odun doğramaq. Qənd doğramaq. – …Ətyeyən heyvanın, məsələn, pişiyin dişlərinin hamısı iti bıçaq kimidir.
Çünki əti doğramaq, yəni kəsmək ilə xırdalamaq olur. H.Zərdabi.

// Bir boyda, bir ölçüdə kəsmək.
Aslanov hələ çörək doğramamış, şorbadan bir-iki qaşıq içib dadına baxdı. M.Hüseyn.

// Ağzı iti bir kəsərti və ya alətlə bir şeyi kəsik-kəsik etmək, tikə-tikə etmək, parçalamaq.
[Fərhad] kəlbətini kəmərindən çıxarıb məftilləri doğramağa başladı. Ə.Vəliyev.

// məc. Para-para etmək.
Doğradı qəmzən xədəngi bağrımı, qan eylədi. Nəsimi.
Doğrayacaq səsim dağda dumanı; Dinləyəcək məni dağın çobanı. Ə.Cavad.
[Etibarın] göz yaşları Dilaranın həssas ana qəlbini tikə-tikə doğradı. M.İbrahimov.

2. Bölmələrə, arakəsmələrə ayırmaq. Taxtanı bölmələrə doğramaq.
3. məc. dan. Laf vurmaq, yalandan vədə vermək mənasında.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DOĞRAMAQ kəsmək — parçalamaq — ayırmaq

Etimologiya

  • DOĞRAMAQ Kökü toğ (“kəs” deməkdir) kəlməsidir. Doğ-u-ra kimi olub (u isim dü­zəl­dib), -ra feil düzəldir. Uyğur dilində doğ (toğ) feili var, “kəsmək” deməkdir
DOĞRAMAÇILIQ
DOĞRANMA

Digər lüğətlərdə

депоне́нт дета́ль ко́пань моноли́тный мя́у наркома́т парохо́дный цвето́чками чина́рик шпи́льман ввести́ вспа́хивание обу́зить репри́нтный швейца́р хаз distanced Dog-star hop about unaverted заика крекинг невероятный подзывать цоколь