DOLANDIRMAQ

f.
1. Hərləndirmək, fırlandırmaq, aylandırmaq, dövr etdirmək. Çarxı dolandırmaq.
– O əllər … cəhrə dolandırmaqdan, lülə sarımaqdan qabar olub ağaca dönmüşdür! Ə.Əbülhəsən.

// Gəzdirmək. Uşağı apar, bağda dolandır, gətir.
– Qurbanəli bəyin nökəri kəhər atın cilovundan yapışıb, bir az kənarda dolandırırdı. C.Məmmədquluzadə.

// Döndərmək, çevirmək.
Üzünü dolandırıb mənə dedi… □ Gözünü (gözlərini) dolandırmaq – bax göz.
2. dan. İdarə etmək. Ölkəni dolandırmaq. İşləri dolandırmaq.
– Onu göndərdilər ki, azarlamış müəllimin yerini birtəhər dolandırsın… Ü.Hacıbəyov.

// Yola vermək. Onu birtəhər dolandır.
3. Dolanacağını təmin etmək, saxlamaq. Ailəni dolandırmaq. – Yaz ağzı molla bazardan bir ikicanlı keçi alır ki, südü ilə uşaqlarını dolandırsın. “M.N.lətif.”.
[Durna] ərindən sonra özündən başqa Fərmanı da dolandırmalı olmuşdu. Ə.Sadıq.

4. məc. Aldatmaq, başını tovlamaq.
Hər zaman Zeynal [Mehribanı] bir taqım quru və boş vədələr ilə dolandırırdı. S.Hüseyn.

◊ Baş(ını) dolandırmaq – bax baş.
Başda dolandırmaq – bax baş.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DOLANDIRMAQ dolandırmaq bax 1. fırlatmaq 1; 2. saxlamaq 2
DOLANDIRMA
DOLANIŞ

Digər lüğətlərdə