DOSTBAZLIQ

is. Ümumi işin zərərinə olaraq xidmətdə və s.-də öz dostlarına və yaxın adamlarına üstünlük vermə, onları himayə etmə. Dostbazlıq etmək.
– Təəssüf ki, bəzən tənqiddən xoşa gəlməyən … tərəfgirlik, dostbazlıq baş verir ki, baxanda quruyub qalırsan. S.Rəhimov.
[Orxan:] Dostbazlığın, qohumbazlığın, yerlibazlığın kökü kəsilərdi.
Kim nəyə layiqdirsə, o haqqı da alardı. İ.Məlikzadə.

DOSTBAZ
DOSTCA

Digər lüğətlərdə