Mao Tse Dun
Mao Tszedun həmçinin Sədr Mao (26 dekabr 1893[…], Şaoşan[d], Tzin sülaləsi – 9 sentyabr 1976[…], Çjunnanhay[d]) — Çin Xalq Respublikasının ilk lideri. ÇXR-nın qurucusu Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Mao, 1893-cü ildə Cənubi Çində kəndli ailəsində dünyaya gəlib. Uşaqlığından bəri həmişə Pekini görməyi, orada yaşamağı xəyal edib. 15 yaşı olduqdan sonra paytaxtda nəşr olunan gənclik jurnallarını izləməyə başlayıb. O, Yeni Mədəniyyət hərəkatının nəşrlərindən biri olan Yeni Gənclik jurnalını sevərək oxuyub. Bu jurnal, Yan Fu və Ding Wenjiang kimi Darvinist ideoloqların məqalələrindən ibarət olub.
Gənc Mao həmişə görmək istədiyi Pekinə 1918-ci ildə gedib. Burada, Pekin Universitetində müəllim olan Yang Changzhi ilə tanış olub. Maonu qabiliyyətli gənc olaraq görən Yang Changzhi, onun universitet kitabxanasında işə götürülməsini təmin edib.