DÜRMƏKLƏMƏK

f.
1. İçinə pendir, yağ və s. qoyub dürmək halına salmaq (lavaşı, yuxanı); dürmək qayırmaq; yığıb yumrulamaq. Yuxanı dürməkləyib yedi.
– Sadıqzadə bıçağı ağ şanın yanından çəkdi, onun bir parçasını götürüb təndirdə bişmiş ağ lavaşın üstünə qoyub dürməklədi, iştaha ilə yeməyə başladı. S.Rəhimov.
Əbil pendirlə qıjını lavaşın arasına qoyub dürməklədi və çox iştaha ilə yedi. Ə.Vəliyev.

2. Paltarın ətəyini büküb belə ilişdirmək.
DÜRMƏKLƏMƏ
DÜRMƏNC

Digər lüğətlərdə