DÜYMƏLƏNMƏK


1. məch. Düymələri, ya düyməsi ilgəyə keçirilməklə bağlanmaq, qovuşdurulmaq.
Çəhrayı arxalıq [xanımın] sinəsində yarımdairə təşkil edərək qızıl toqqa sarılmış incə belində düymələnmişdi. Çəmənzəminli.

2. t-siz. Düymə bağlamaq, tumurcuqlanmaq.
İydə çiçək açır, düymələnir nar; Ellərə muştuluq gətirir bahar. Ə.Cəmil.

Sinonimlər (yaxın mənalı sözlər)

  • DÜYMƏLƏNMƏK tumurcuqlanmaq — puçurlanmaq
  • DÜYMƏLƏNMƏK bağlanmaq — qovuşdurulmaq
DÜYMƏLƏNMƏ
DÜYMƏLƏTMƏ

Digər lüğətlərdə