1. Puçur, açılmamış tumurcuq. Yazda ağacların düyməçələri irilənməyə başlayır.
– Nərgiz düyməçələri; Püstə kimi yarılıb ortasından neçələri.
Məxmər otların arasından büllur sular süzülür, qönçələrə, düyməçələrə parlaq incilər düzülürdü.
2. Kiçik düymə.
3. Elektrik zəngini çaldırmaq və elektrik işığını yandırıb-söndürmək üçün barmaqla üstündən basılan mütəhərrik düymə; knopka.
Ay dədə, işığı yandırsana, – deyib, Pərşan divardakı düyməçəni basdıqda stolun üstündəki böyük lampa hər tərəfi işıqlandırdı.
Həkim düyməçəni basdı.
4. Kağızı və s.-ni bərk şeyə bənd etmək üçün təpəsi enli və yastı metal mıxcıq; knopka.