DƏNƏVƏRLƏNMƏK f. Dənəvər hala düşmək, dənələrdən ibarət olan tərkib hissələri bir-birindən ayrılmaq. // Eyni mənada qalın saç haqqında. Qız, gözəl başını tərpətdikcə bu saç dənəvərlənir, tel-tel olub onun yanaqlarını, çənəsini oxşayırdı. Ə.Əbülhəsən.