is. [
fars. ]
1. Dəniz.
Bənzərəm bir qocaman dağa ki, dəryada durar. M.Ə.Sabir.
Ağır-ağır, bulud kimi fövclər; Gəlir, verir dərya kimi mövclər. A.Səhhət.
2. məc. Təşbehlərdə, müqayisələrdə: hədsizlik, son dərəcə çoxluq, bolluq, tükənməzlik, nəhayətsizlik bildirir.
[Əsgər bəy:] Mən ki bilirəm, [Hacı Qara] Ağcabədidə üç aydır üç top çit, qədək satmayıbsan, dərya zərərin vardır. M.F.Axundzadə.
Gözüm yaşı qəmimdən, ağlamaqdan döndü dəryayə; Məni axır həlak eylər bu çeşmixunfəşan sənsiz. S.Ə.Şirvani.
Artıq onun yuxusu; Olmayacaq xələldar; Onda fırtına görmüş; Bir dərya sükutu var. R.Rza.
□ Dəryalar qədər – son dərəcə çox, intəhasız dərəcədə.
Elm dəryası (bəzən istehza ilə deyilir) – çox elmli, çox oxumuş, çox bilikli adam haqqında.
Kişi elm dəryasıdır! – [Heydər ağa:] …Maşallah, cənab şeyx elm dəryasıdır, mən belə alim görməmişəm. C.Məmmədquluzadə.
Fikir (qəm) dəryasına qərq olmaq – çox fikirli olmaq, dərin fikrə dalmaq.
… Məhəmmədhəsən əmi qəm dəryasına qərq olmuşdu. C.Məmmədquluzadə.
Fəxrəddin fikir dəryasına qərq olmuşdu. M.S.Ordubadi.