DƏYMƏK₁

f.
1. Toxunmaq.
Mixək əkdim ləyəndə; Mixək boynun əyəndə; Bir cüt qurban demişəm; Əlim əlinə dəyəndə. (Bayatı).

// Əl vurmaq, əlini toxundurmaq.
Şeylərə dəymə! Kitablara dəymə! – [Hacı Murad:] Yox, oğlum, dəymə, yetişəndə yığıb sənə göndərəcəyəm. S.S.Axundov.

2. Bir şeyə yetişib toxunmaq, rast gəlib toxunmaq.
[Aslan bəy:] …Hər halda 30 güllə atılarsa, ondan biri dəyəcək… C.Cabbarlı.
[Cavad:] Güllə də igiddən qorxar, o həmişə qorxağa dəyər. Ə.Vəliyev.

3. məc. Toxunmaq, pis təsir etmək, təhqir etmək. Qəlbinə dəymək. Könlünə dəymək. Onun sözü mənə dəydi.
– Eh, gözüm, nə dəyib köyrək könlünə? Ey şirin güftarım, nöşün ağladın? M.P.Vaqif.
[Fəxrəddin bəy:] Sözün var, söz danış, qəlbə dəymək nə lazım! N.Vəzirov.
Rövzəxana dəydi baqqalın sözü; Dişlərin qıcırdıb qızardı gözü. M.S.Ordubadi.

4. “Gözə”, “gözünə”, “gözümə” sözləri ilə – görünmək, sataşmaq. Çoxdandır gözümə dəymirsən.
[Qarovul:] Gedən yoldaşlardan da gözə bir nişan dəyməyir. Ə.Haqverdiyev.
Həsən kişinin gözünə bir qaraltı dəydi. M.İbrahimov.

5. “Qulağa”, “qulağına”, “qulağıma” sözləri ilə – yetişmək, qulağa çatmaq.
[Əmiraslan ağa:] Ah, yenə qulağıma bir söz dəydi. S.S.Axundov.
Azca keçməmiş, iki atlının səsi küçədən Gülnazın qulağına dəydi. M.İbrahimov.
Bayramın qulağına at ayaqlarının tappıltısı dəydi. M.Hüseyn.

6. “Yerə” sözü ilə – yıxılmaq.
Yeni məhbus üzü üstə yerə dəyib zarımağa başladı. M.İbrahimov.
Kişi səndələdi, ağzı üstə yerə dəydi. M.Hüseyn.

7. “Soyuq” sözü ilə – soyuqlamaq, soyuğun təsirindən xəstələnmək.
Gər dəysə soyuq, sancılanıb olsa da bimar; Hökm et, gələ cindar. M.Ə.Sabir.
Əhməd, balam, üstüaçıq niyə yatıbsan, soyuq dəyər. A.Divanbəyoğlu.

8. “Bir-birinə” sözü ilə – qarışmaq.
…Dünya və aləm bir-birinə dəyib. C.Məmmədquluzadə.
Dünya bir-birinə dəyib.
Əlində bir berdankası olan hər kəs yerə-göyə sığmır. Mir Cəlal.

9. məc. Baş çəkmək, bir yerə, ya birisinin yanına az vaxt üçün getmək.
[Mirzədadaş:] …Sən get, evə dəy, mən də gedim, görüm arvad süfrəni açıbdırmı? N.Vəzirov.
[Əbil:] Mən kötükçıxaran maşınlara dəyib, tez gəlirəm. Ə.Vəliyev.

10. “Köməyi”, “yardımı” və s.
sözləri ilə – köməyi, yardımı olmaq, faydası olmaq, xeyri olmaq.
Bir-iki qohum və əqrəbasından və bir neçə dövlətli tanışlarından savayı Hacı Məcid əfəndinin kimə faydası dəydi? C.Məmmədquluzadə.
[Aslan bəy:] Qoy deməsin camaat ki, Aslan bəyin kasıblara bir köməyi dəyməyir… C.Cabbarlı.
Bu işdə Şəmsiyyə və sərtib Səliminin də [Firiduna] köməyi dəymişdi. M.İbrahimov.

11. məc. Mənası olmaq, lazım olmaq.
Belə bir gözəllik uğrunda vuruşmağa dəyirdi. Ə.Məmmədxanlı.

// Dəyər şəklində – layiqdir. Yaxşı maldır, almağa dəyər. Baxmağa dəyər.
// Əks mənada bəzən inkar şəklində işlənir.
Hiç gül olmaz tikənsiz, hiç şadi qüssəsiz; Dərmə gülündən anın, çün güli dəyməz xarinə. Nəsimi.
[Hacı Qara:] Bu sözlər bir pula dəyməz, axırıncı sözümdür, məni məəttəl eləməyin! Tez olun, yaraqlarınızı salın! M.F.Axundzadə.

12. Dəyib-dolaşmaq şəklində – toxunmaq, sataşmaq, mane olmaq.
[Yoldaşlarımızdan biri:] Nəyimə dəyib-dolaşacaqlar? Yanımda nə pul var, nə qiymətli bir şey. M.Rzaquluzadə.

13. Bir sıra sözlərə qoşularaq müxtəlif ifadələr əmələ gətirir; məs.: göz dəymək (bax göz), zərər dəymək (bax zərər), başı daşa dəymək (bax baş), dişi-dişinə dəymək (bax diş).

Sinonimlər (yaxın mənalı sözlər)

  • DƏYMƏK 1. DƏYMƏK Yavaş-yavaş dəyər bitər; Ləzzətli, dadlı meyvələr (A.Səhhət); YETİŞMƏK ..Şitillər böyüyər, bağım bağ olar; Meyvələr yetişər, kefim çağ olar
  • DƏYMƏK yetişmək
  • DƏYMƏK yoxlamaq
  • DƏYMƏK soyuqlamaq
  • DƏYMƏK toxunmaq
  • DƏYMƏK yıxılmaq — ilişmək

Omonimlər

  • DƏYMƏK DƏYMƏK I f. Toxunmaq. Daş atanın daşı özünə dəysin; Toxunmasın dırnağına Vətənin (Aşıq Şəmşir). DƏYMƏK II f
DƏYMƏDÜŞƏRLİK
DƏYMƏK₂

Digər lüğətlərdə

гада́ния должа́ть прессо́вочный прогла́живание распланиро́вывать с кле́точками феномена́льно четвёрка годи́чный неу́мный пото́чность правдоиска́тельство уса́живаться box wrench chip plate fantastical quickness Taurus Mountains thingum unhoped-for видимый выкупать пай присосаться сланцеватый