EHTİŞAM

is. [ ər. ] tənt. Gözqamaşdırıcı təmtəraq, dəbdəbə, cəlal, əzəmət.
Ey ehtişami-milləti talan olan çocuq! Ey dərbədər gəzib ürəyi qan olan çocuq! M.Ə.Sabir.
Sönmədi ondakı əski ehtişam; Ürəklə girişdi yeni xidmətə. M.Müşfiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • EHTİŞAM ehtişam bax dəbdəbə
  • EHTİŞAM təmtəraq — dəbdəbə — cəlal — əzəmət

Antonimlər (əks mənalı sözlər)

  • EHTİŞAM EHTİŞAM – MATƏM İndi bayram kimi ucaldır zaman; Vətən torpağının ehtişamını (S.Vurğun); Bu matəm xəbəri kənddə heç nəyi dəyişmədi
EHTİRASSIZ
EHTİŞAMLA

Digər lüğətlərdə