Eldəniz Quliyev
Quliyev Eldəniz Cümşüd oğlu — Azərbaycanlı ssenarist və kinodramaturq.
== Həyatı ==
Eldəniz Quliyev 20 aprel 1952-ci ildə Lənkəranda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra (1974), Moskvada Ali rejissorluq və ssenaristlər kursunun ssenari bölməsində təhsil alıb (A. Tarkovski, V. Yejov və O. İoselianinin yaradıcılıq emalatxanası, 1979–1981)."Mosfilm", M.Qorki adına kinostudiyalarda, Ostankino Televiziya Mərkəzində təcrübə keçib. "Azərbaycanfilm" kinostudiyasında redaktor, redaksiya kollegiyasının, bədii şurasının, dövlət film qəbulu komissiyasının üzvü (1981–1987), "Debüt" studiyasının baş redaktoru (1987–1992), "Azərkinovideo" İstehsalat birliyinin baş redaktoru (1993–1996), ABA televiziya şirkətinin baş redaktoru (1999) vəzifələrində işləyib.2006-cı ildə Beynəlxalq Sülh Federasiyası tərəfindən "Sülh səfiri" fəxri adına layiq görülüb.Rus və Azərbaycan dilində nəşr edilən "Ziyalı-İntelligensiya" qəzetinin təsisçisidir. Hazırda Azərbaycan Ziyalı Hərəkatının sədridir. "Üçatılan", "Tilsimli dairə", "Təpəgöz" (Rolşa Respublikasında tamaşaya qoyulub), "Mürşüd kişi niyə susur?", "İstək" və s. dram əsərləri Azərbaycan teatrlarında tamaşaya qoyulub. "Ağ yuxu" hekayələr toplusu (1985), "Kölgəsiz adam" hekayə və povestlər kitabı (1998), "Rasim Balayev" (1999) kitabı nəşr olunub.
== Filmoqrafiya ==
777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)
Abşeronda subtropik bitkilər (film, 1991) (qısametrajlı sənədli film)
Afroditanın qolları (film, 1987) (qısametrajlı bədii film)
Belə bir kənd var (film, 1981)
Bəxtəvər (film, 1990)
Bircəciyim (film, 1986)
Biz deməkdən yorulduq... (film, 1991)
Cansıxıcı əhvalat (film, 1988)
Cin mikrorayonda (film, 1985)
Dəvətnamə (film, 1989)
Dəyirman öz işindədir...