EYVAN

1. Köşk, qəsr.

2. Böyük otaq.

3. Balkon. (“Koroğlu” dastanının lüğəti)

Dastanda 2-ci mənada işlənir.

Namərdlər durar iraq,

Mərdlər üçün arxa, dayaq,

Büllur şüşə, eyvan otaq,

Döşəməyə xalısı var.

                        (“Düratın itməyi”)

EYVALLA ƏRƏB
ƏBA ƏRƏB
OBASTAN VİKİ
Eyvan
Eyvan — İranın İlam ostanının şəhərlərindən və Eyvan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 27,752 nəfər və 6,010 ailədən ibarət idi.
Eyvan şəhristanı
Eyvan şəhristanı- İranın İlam ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Eyvan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 47,380 nəfər və 10,040 ailədən ibarət idi.
Eyvan (memarlıq elementi)
Eyvan (Farsca: ایوان eyvān, ərəbcə: إيوان Iwan) üzəri daha çox tağlarla örtülmüş; Üç tərəfi bağlı, bir tərəfi tam açıq olan bir memarlıq elementidir. Eyvana İran memarlığında, Səlcuq və Osmanlı memarlığında tez-tez rast gəlinir.
Bakı eyvanları (film, 1986)
Bakı eyvanları qısametrajlı sənədli filmi rejissor Zaur Məhərrəmov tərəfindən 1986-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Bakı şəhərinə yaraşıq verən, memarlıq baxımından diqqəti cəlb edən, məhz şəhərə məxsus olan qədim Bakı eyvanlarından söhbət açır. == Məzmun == Film Bakı şəhərinə yaraşıq verən, memarlıq baxımından diqqəti cəlb edən, məhz şəhərə məxsus olan qədim Bakı eyvanlarından söhbət açır.
Eyvanki
Eyvanki — İranın Simnan ostanının Gərmsar şəhristanının Eyvanki bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,396 nəfər və 2,760 ailədən ibarət idi.
Eyvanək (Əbhər)
Eyvanək (fars. ايوانك‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 444 nəfər yaşayır (99 ailə).

Digər lüğətlərdə