FÜRSƏT

is. [ ər. ] Bir sözü demək və ya bir işi görmək üçün əlverişli an, münasib vaxt, məqam, müvafiq hal. Bu fürsət hər vaxt ələ gəlməz.
– Qanadlı bir quşdur fürsət əzəldən… S.Vurğun.

□ Fürsət aramaq (axtarmaq) – bir iş üçün əlverişli məqam axtarmaq, güdmək.
Məsmə dərdlərini Tahirzadəyə danışmaq üçün vaxt, fürsət axtarırdı. Mir Cəlal.

Fürsət bilmək – fürsətdən istifadə etmək.
Qədir fürsət bilib yayındı, üzünü bağlara tərəf tutub yavaşca dala baxmadan gedirdi. Mir Cəlal.

Fürsət bulunmaq klas. – bax fürsət tapmaq.
Xoşdur ki, bulam vüsala fürsət; Yarım tərəfindən ola nüsrət. Füzuli.

Fürsət düşmək – əlverişli vaxt və şərait yaranmaq, imkan yaranmaq, məqam düşmək.
Anri fürsət düşdükcə [ərəblərlə] söhbət edirdi. S.Vəliyev.
[Katib:] Bir az da gözləyin, fürsət düşən kimi deyərəm. Q.İlkin.

Fürsət eləmək (etmək) – bax fürsət tapmaq.
[Salman:] Fürsət eləyən kimi [tülkü] girinə keçəni qamarlayıb parçalayacaqdı… M.İbrahimov.

Fürsət gözləmək – bir iş üçün əlverişli an, məqam gözləmək.
Buludlar arxasında daldalanıb müəyyən fürsət gözləyən üç “M-109” birdən ildırım kimi şığıdı. Ə.Vəliyev.

Fürsət tapmaq – bir sözü demək və ya bir işi görmək üçün münasib, əlverişli vaxt tapmaq, fürsət etmək, fürsət bilmək.
Səkkiz gün olardı ki, gedib [Hacı kişinin] halını sormağa fürsət tapmamışdım. Qantəmir.
Sərdar Rəşid bu xəyanətini həyata keçirmək üçün fürsət tapmayacaqdır. M.S.Ordubadi.

Fürsət vermək – şərait yaratmaq, imkan vermək, macal vermək (çox vaxt inkarda işlədilir).
[Padşah] elə Məlikəhmədə çatacaq, heç fürsət vermədi ki, ağzın açsın… (Nağıl).
Çoban [düşmənə] qalxmağa fürsət verməyib, çomağı başına çırpdı və özü bağıryaran bir səslə qıy vurub irəli şığıdı. M.Rzaquluzadə.

Fürsətdən istifadə etmək – bir iş görmək üçün yaranmış əlverişli şəraitdən, vaxtdan faydalanmaq.
[Yusif:] Mən fürsətdən istifadə edib danışmaq istəyirəm. B.Bayramov.

Fürsəti bada vermək – bax fürsəti əldən buraxmaq.
Ey könül, fürsəti badə vermə, gəl; Gün keçir, ay keçir, il yaman gedir. M.Rahim.

Fürsəti əldən buraxmaq (qaçırmaq, vermək, çıxarmaq) – bir işi görmək üçün yaranmış şəraitdən və vəziyyətdən dərhal istifadə etməmək.
[İzzət:] Ah, sən neçin qandırmadın İsməti? Neçin əlindən çıxartdın fürsəti? H.Cavid.
[Sona:] Biz indidən işə başlamasaq, fürsəti əldən buraxarıq. H.Nəzərli.
Bu gün bu fürsəti verməyib əldən; Könlüm istəyəni deyəcəyəm mən. B.Vahabzadə.

Fürsəti fövt etmək (fövtə vermək) – bax fürsəti əldən buraxmaq.
Fürsəti fövt etməmək (fövtə verməmək) – bax fürsətdən istifadə etmək.
Hacı Rüstəm heç vaxt ömründə fürsəti fövt etməmişdi. Ə.Haqverdiyev.
Lütfəli də fürsəti fövtə verməyib, dedi ki, dur gedək kazinoya, qəhvə içək. İ.Musabəyov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • FÜRSƏT FÜRSƏT Yaxşı fürsət idi. Mərdan kişi bu fürsəti əldən vermək istəmədi (X.Hasilova); GİRƏVƏ [Nadir:] Əlimə yaxşı girəvə düşüb, gör sənin isti aşına nec
  • FÜRSƏT imkan — məqam — vaxt
FÜNUN
FÜSUN

Digər lüğətlərdə