FASİQ

is. [ ər. ]
1. Günah işlərlə məşğul olan adam; dinsiz. [Quşbazoğlunun] Allahı da, dini də pul, dövlət və zülm idi.
Həm də çox hiyləgər və fasiq adam idi. Qatır Məmməd”.
[İbrahim:] Ayağıma dəmir çarıq geyib, əlimə dəmirdən əsa alıb, tamam Yer üzünü dolanıb deyəcəyəm: – Ağa adını müctəhid qoyub, amma yalançıdır, fasiqdir. Ə.Haqverdiyev.

2. Məlun, böhtançı, fitnəçi, araqarışdıran.
[Din alimlərinin xüsusiyyəti:] Yaxşı ad qazanmaqda şöhrət tapmalı, fasiq adamı günah üstündə, xüsusilə, xalq içində danlamamalıdır. Qabusnamə”.

Sinonimlər (yaxın mənalı sözlər)

  • FASİQ fasiq bax 1. günahkar 1; 2. dinsiz; 3. fitnəkar
FASİD
FASİLƏ

Digər lüğətlərdə