Feldşer
Feldşer (alm. Feldscher) — orta tibb təhsili olan həkim köməkçisi.
== Haqqında ==
Feldşer orta tibbi təhsilli mütəxəssisdir, o, diaqnostika keçirmək, sərbəst müalicə təyin etmək və ya həkim-mütəxəssisə pasiyenti yönəltmək hüququna malikdir. Vəzifə borcları və həkim köməyindən uzaqlaşdırılmış yerlərdə işin standartları üzrə sahə terapevtindən və təcili yardım həkimindən prinsipial olaraq fərqlənmir.
== Feldşer nə etməlidir? ==
Azərbaycanda və təcili tibbi yardımın xidmətində postsovet məkanının bəzi ölkələrində həkim özü olmadığı halda Feldşer bunları etməlidir:
Ürək ağciyər reanimasiyasını,
Avtomatik defibrilyasiyanı,
Nəfəs yolunun intubasiyasını,
Xarici boyunduruq damarının punksiyasını,
Mamalıq yardımı,
Qeydiyyatı,
EKQ analizi,
İlkin diaqnostikanı.