FELDMÁRŞAL

[ alm. ] 1917-ci il inqilabından əvvəlki rus ordusunda və bir sıra dövlətlərin quru qoşunlarında yüksək general rütbəsi; habelə bu rütbəni daşıyan adam.
FEİL
FELDMARŞALLIQ
OBASTAN VİKİ
Feldmarşal
Feldmarşal (alm. Feldmarschal‎) — Müqəddəs Roma İmperiyasında və alman dövlətlərində, daha sonra bir çox dövlətlərdə mövcud olan ali hərbi rütbə. Bir sıra ölkələrdəki marşal rütbəsinə uyğun gəlir.
General-feldmarşal
General-feldmarşal (alm. Generalfeldmarschall‎) — alman və rus ordusunda quru qoşunlarında ali hərbi rütbə, dünyanın bir çox ölkələrində anoloji rütbə -feldmarşal. General-feldmarşal rütbəsi ilk dəfə XVII əsrdə — 1620-ci ildə Bohemiyada tətbiq edilmişdir.. Sonralar bu rütbədən (1657-ci ildən) Brandenburqda (Prussiyada) istifadə olunmuş və eyni zamandau bu rütbə digər alman dövlətlərində (Bavariyada, Saksoniyada, Hannoverdə, həmçinin Avstriyada və Niderlandda feldmarşal variantında hərbi rütbələr sırasına daxil edilmişdir. Rusiyada general-feldmarşal rütbəsi 1699-cu ildə I Pyotr tərəfindən tətbiq edilmişdir. Fransada və bir sıra digər ölkələrdə general-feldmarşal rütbəsinə uyğun olan marşal rütbəsindən istifadə olunmuşdur.
General-feldmarşal (Rusiya)
General-feldmarşal — XVII—XVIII əsrdən—1917-ci ilədək Rusiya ordusunda ali hərbi rütbə.
Qış sarayının Feldmarşallar zalı
Feldmarşallar zalı (rus. Фельдмаршальский зал) - Sankt-Peterburqdakı Qış sarayında Neva enfiladasına açılan böyük zaldır. Zal Rusiya feldmarşallarının şərəfinə inşa edilmişdir. == Tarixi == Zal 1833—1834-cü illərdə memar Oqüst Monferranın layihəsi əsasında inşa edilmişdi. 1834-cü ildə zalda inşaat işləri tamamlandıqdan sonra, onun divarlarında Rusiya feldmarşallarının portretləri asılmışdı:P.A. Rumyantsev-Zadunayski (F.Rise), Q.A. Potyomkin (A. Viqi), A.V. Suvorov (N.S.Froste), M.İ.Kutuzov (P.Basin), İ.İ.Dibiç-Zabalkanski (P.Basin), İ.F.Paskeviç-İrəvanski (F.Krüger). Portretlər zaldakı yeddi nişdən altısında yerləşdirilmişdi. 17 dekabr 1837-ci ildə Qış sarayında baş vermiş və 30 saat ərzində nəhəng sarayı məhv etmiş yanğın məhz bu zaldan başlamışdı.Birinci dünya müharibəsi zamanı Feldmarşallar zalı Hospital palatası kimi istifadə olunmuşdu. 1917-ci ildən sonra zaldakı bütün rəsmlər çıxarılmış və ölkənin muzeylərinə paylanmışdı. 2004-cü ildən etibarən əsərlərin yenidən zala qaytarılmasına və bərpasına start verilmişdir. 2012-ci ilin martında uzun müddət fasilədən sonra bütün əsərlər yenidən zalda öz yerini tutmuşdur.

Digər lüğətlərdə

бог зна́ет ворва́ться вти́снуться факти́ческий ша́ткий засло́ночный заштукату́рить отклони́ть пережа́риваться снегоочисти́тельный чуркиста́н чегень antifungin bowman chain-smoker Delaney amendment Gotha headful houseleek hyperesthesia uncancelled vanilla bean write in жаберный чаинка