1. bax piltə 1-ci mənada. Lampa fitili. – Arvad istər-istəməz maşınkaya sarı getdi.
Fitilini düzəldib aşağı çəkdi.
Tavandan asılmış çırağın fitilini qaldıran olmadığından, otaq güclə işıqlanırdı.
// Bir şeyi alışdırmaq, partlayış əmələ gətirmək üçün alışqan qaytan.
Daldan gəlir top, topxana, qumbara; Fitilləri tüstüləyir havadə.
Bu iyrənc səltənəti darmadağın edəsi; Qəzəbinin coşması bənddir bircə fitilə; İradəndir o fitil.
2. bax piltə 2-ci mənada. Yaraya fitil qoymaq. Yaranın fitilini çıxarmaq.