Fukan meteoriti
Fukan meteoriti (çin. 福康) — 2000-ci ildə Çində, Fukan dağının yaxınlığında tapılmış meteorit. Siderolit tipi olub pallasit sinfinə daxildir, olivin kristallarına malikdir. Yaşının 4,5 milyard il olduğu təxmin edilir.
== Tarixi ==
2000-ci ildə Çinin Fukan şəhəri yaxınlığında bir çinli alverçi kütləsi 1.003 kq olan meteorit tapmışdır. O, əsas kütlədən 20 kiloqram ayırmışdır. 2005-ci ilin fevralında meteorit Tukson Cavahirat və Mineral Sərgisinə aparılmış və orada Arizona Universitetindən Dante Lauretta tərəfindən nəzərdən keçirilmişdir. Sonda meteorit ABŞ-nin Arizona ştatının Tukson şəhərində yerləşən Arizona Universitetinin Ay və Planet Laboratoriyasında və Cənub-Qərbi Meteorit Mərkəzində alimlər — D.S. Lauretta, D. Hill, M. Killqor, D. Della-Cuistina və Y. Qoreva tərəfindən öyrənilmişdir.
== Təsnifatı və tərkibi ==
Fukan meteoriti pallasitlər sinfinə daxil olub nikel-dəmir matrisində böyük, parlaq olivin və ya hrizolitdən ibarətdir. Olivinlərin forması girdədən kələ-kötürə qədər dəyişir, çoxu çatlayıb, ölçüləri 5 millimetrdən bir neçə santimetrə qədər dəyişir.