FƏHMLİ

sif. Anlaqlı, idraklı, dərrakəli. Fəhmli adam. – [Ərknaz:] Ramiz çox qeyrətli, fərasətli uşaqdır.
Çox qanacaqlı, mərifətli, fəhmli, qabiliyyətli uşaqdır. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • FƏHMLİ fərasətli — anlaqlı — düşüncəli — dərrakəli

Antonimlər (əks mənalı sözlər)

  • FƏHMLİ FƏHMLİ – KÜT Çox fəhmli, qabiliyyətli uşaqdır (Mir Cəlal); İndi onun simasında, intihara qərar vermiş kimi, küt bir durğunluq vardı (Mir Cəlal)
FƏHM
FƏHMSİZ

Digər lüğətlərdə