GÜLƏRÜZ

sif. Şən, mehriban, üzügülər. Gülərüz qız.
– Bağçalarda narın var; Gülərüzlü yarın var. (Bayatı).
…Vəli uzunboy, gülərüz… bir oğlan idi. S.Rəhman.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GÜLƏRÜZ xoşrəftar — xoşsifət
  • GÜLƏRÜZ GÜLƏRÜZ(LÜ) (şən, mehriban adam haqqında) Əşrəf hamının üzünə şən-şən gülər və hər kəsdə gülərüz görmək istərdi (A

Antonimlər (əks mənalı sözlər)

  • GÜLƏRÜZ GÜLƏRÜZ – QARAQABAQ Əsli gülərüz və şən qadındır (“Azərbaycan”); Yemişlərin bəzisi qaraqabaq adamlar kimi burnunu yerə dikmişdi (Mir Cəlal)
GÜLƏR
GÜLƏRÜZLÜ
OBASTAN VİKİ
Göknur Gülərüz
Göknur Gülərüz (4 fevral 2003) — Türkiyə Qadın Futbolu üzrə Super Liqada Fənərbaxçada 21 nömrəli forma ilə çıxış edən türk qadın futbolçudur. O, Türkiyə millisində qapıçı kimi çıxış edir. Gülərüz, Azərbaycanın qadınlardan ibarət milli futbol komandasının da futbolçusu olub. == Həyatı == Göknur Gülərüz 4 fevral 2003-cü ildə Hatayın Antakya rayonunda anadan olub. O, orta məktəb təhsilini Hataydakı Özəl Birfen Kollecində tamamlayıb. == Klub Karyerası == Gülərüz futbol karyerasına 12 yaşında, orta məktəbdə təhsil alarkən başlayıb. O lisenziyasını 10 sentyabr 2015-ci ildə Hatay Defne Spor Birfen Kollecinin məktəb komandasından alıb. 2016-cı ilə qədər gənclər komandasında çıxış edib. O elə orta məktəbdə oxuyarkən Tavla Gençlikspora icarəyə verilib. Bu komandanın tərkibində Türkiyə Qızlar Gənclər Çempionatında və Türkiyə Qadınlararası Üçüncü Futbol Liqasında oynayıb.

Digər lüğətlərdə