GÜRZ

is.
1. Müxtəlif işlərdə işlədilən çox ağır, iri çəkic.
Qollarını çırmayıb, gürz endirir zindana. Ə.Cəmil.

2. Qədimdə: başı dəmir və ya daşdan olan toppuz; silah kimi işlədilən, baş tərəfi enli, ağır dəyənək.
Dəmirçioğlu getdi, qılınc, qalxan, cida, gürz götürdü, Koroğlunun yanına qayıtdı. Koroğlu”.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GÜRZ gürz bax toppuz 1
GÜRUH
GÜRZƏ₂
OBASTAN VİKİ
Gürz
Əmud, Gürz, və ya Toppuz düşməni yaralamaq və qalxanı (zirehi) sındırmaq (dağıtmaq) üçün yaxın məsafədən istifadə edilən hərbi silah. == Hazırlanması == Əmud odlu silah yaranmamışdan əvvəl istifadə edilən baş hissəsi sümük, daş, dəmir, tunc, bürünc və sairədən, sapı isə ağacdan və yaxud da tamamilə metaldan, düzəlmiş bir silahdır. == İstifadəsi == Piyadaların istifadə etdikləri əmud çox sadə olmuşdur. Lakin sonradan süvarilərin istifadə etdikləri gürzlərin sapı daha uzun və at üstündən istifadə emək üçün təkmilləşdirilmişdir. Əmud hər növ qalxana və zirehə qarşı işlədilən ən yaxşı silah növü olmuşdur. == Digər dillərdə == Əmud (Gürz) türk dilində "bozdoğan" deməkdir. "Bozdoğan" bir ytırtıcı quş cinsidir. Əmud (Gürz), bozdoğan quşunun başındakı pipiyə bənzədiyi üçün bu adla adlandırılmışdır. Əmudun (Gürzün) baş (yumuru) hissəsi çıxıntılı və ya düz olardı. Ərəb dilində əmud "sütun" mənasında işlədilir.
Ermənistan çöl gürzəsi
Ermənistan çöl gürzəsi (lat. Vipera eriwanensis) — Əsl gürzələr fəsiləsinə aid ilan növü. == Təsviri == Elədə iri olmayan ilandır və uzunluğu 480 mm təşkil edir. Quyruqları 70–80 mm ola bilir. Bədəninin mərkəz hissəsində 19–21 cərgə pulcuq keçir. Üzəri parlaq-boz olur. Rəngin üzəri qara-qəhvəyi ziqzaqvari şəkil vardır. == Yayılması == Onlara Türkiyənin Kars, Ərzurun vilayətlərində və Ermənistanın dağ çöllərində yayılmışlar. 1000–2200 m yüksəkliklərdə yayılırlar. Qışlamadan aprel-may aylarında qayıdırlar.
Fars yalançıbuynuz gürzə
Fars yalançıbuynuz gürzə (Pseudocerastes persicus) — Yalançıbuynuz gürzələr cinsinə aid ilan növü. Bu canlıların uzunluqları 80–90 sm arasında olur. Nadir hallarda 100 sm-ri keçir. Bədəni sıxdır, ancaq kök deyildir. Bu canlıların özəllikləri ondadır ki, onların buynuza bənzər çıxıntısı olur. Bəzən isə bu sadəcə bir purcuğun qabarmış forması kimi özünü göstərir. Bu buynuzcuqlar gum və ya torpağın buruna və gözə daxil olmasını əngəlləyir. Qonur-boz rəngli zolaqlara sahibdir. Əsasən qumlu sahələri xoşlayırlar. Onlar qumlu sahələrdə yaşamasalarda qumları bədənləri ilə tərpədərək buradaca gizlənə bilirlər.
Gürzallar
Gürzallar və ya Gürzalılar — Azərbaycan Respublikasının Goranboy rayonunun Gürzallar kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Gürzallar kəndi dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Qazax mahalından köçüb gəlmiş gürzallar nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 126 nəfər əhali yaşayır.
Gürzallar bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Gürzalılar
Gürzallar və ya Gürzalılar — Azərbaycan Respublikasının Goranboy rayonunun Gürzallar kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Gürzallar kəndi dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Qazax mahalından köçüb gəlmiş gürzallar nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 126 nəfər əhali yaşayır.
Gürzə
Gürzə (XTD) — Azərbaycan Respublikası Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsi Gürzə patrul maşını — Azərbaycan istehsalı hərbi texnika. Gürzə (xörək) — Azərbaycan kulinariyasında xəmir xörək. Gürzələr — pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Gürzə (hərbi birləşmə)
"Gürzə" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. == Yaradılması == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Gürzə" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Gürzə" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri "Zəfər" ordenli Cavid Tağıyevdir. == Tarixi == "Gürzə" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı həmçinin Füzuli şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. Dəstənin şəxsi heyətindən 7 nəfər şəhid olmuşdur, 28 nəfər isə yaralanmışdır.
Gürzə (xörək)
Gürzə - Azərbaycanın milli xörəklərindən biri. Gürzə əsasən qış aylarında hazırlanan xörəklər sırasına daxil edilir. Xəmirdən hazırlanan ət xörəklərindəndir. Əsasən çəkilmiş qoyun ətindən hazırlanır. Tərkibi zövqə görə ədvalarla zənginləşdirilə bilər. Onlardan sumaq, sarıkök, istiot və s. Sarımsaq, turşu da əlavə edilə bilər. Kalorili yeməklər sırasına daxildir.
Gürzə (xüsusi təyinatlı dəstə)
"Gürzə" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. == Yaradılması == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Gürzə" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Gürzə" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri "Zəfər" ordenli Cavid Tağıyevdir. == Tarixi == "Gürzə" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı həmçinin Füzuli şəhərinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. Dəstənin şəxsi heyətindən 7 nəfər şəhid olmuşdur, 28 nəfər isə yaralanmışdır.
Gürzə ilə Əlbəyaxa (1984)
== Məzmun == Azərbaycanda qeyri-adi laboratoriya vardır. Bu laboratoriyada adi insanlar işləyirlər. Onları herpentoloq, laboratoriyanı isə herpentoloji adlandırırlar. Filmin qəhrəmanı Eldar Xanlarov hər gün 100-dən artıq gürzə ilə mübarizədən qalib çıxır. O, insanlara lazım olan zəhəri əldə edir. Zəhərdən isə insanları bir sıra xəstəliklərdən xilas edən çoxlu qiymətli dərmanlar hazırlanır. Bu laboratoriyada 2300 gürzə saxlanılır və dünyada ən nadir və ən iri "mağaza" hesab olunur. Film Azərbaycan alimlərinin cəsarətli təcrübəsindən bəhs edir. Onlar inkubasiya şəraitində gürzə balasını almağa müvəffəq olublar. Gürzənin zəhəri isə insan həyatı üçün mübarizədə çox vacibdir.
Gürzə ilə əlbəyaxa (film, 1984)

Gürzə patrul maşını
Müdafiə Sənayesi Nazirliyi mühəndisləri tərəfindən yaradılmış patrul maşını barədə məlumatı ictimaiyyətə 2012-ci ilin dekabr ayının 17-sində nazir Yavər Camalov açıqlayıb. Toyota HILUX 12 modelinin bazasında hazırlanmış "Gürzə" 4x4 təkər formuluna və 2500 kq yük daşıma imkanına malikdir. Maşının silahlanmasına üst hissədə 360 dərəcə bucaq altında fırlana və 45 dərəcə bucaq altında hədəflərə atəş aça bilən 12.7 mm-lik 1 ədəd pulemyot, yanlarda isə 2 ədəd 7.62 mm çaplı pulemyot, bu silahlar üçün böyük həcmdə patron ehtiyatı daxildir. Maşının silahlanmasına həmçinin avtomatik qumbaraatan və digər vasitələr əlavə etmək olur. Yüksək keçicilik qabiliyyətinə malik maşın 114 at gücündə mühərriklə təchiz olunub. Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan, xüsusi təyinatlı qüvvələr və güc strukturları üçün nəzərdə tutulmuş "Gürzə" adlı patrul maşını mayın 7-dən 10-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək İDEF-2013 beynəlxalq müdafiə sərgisində nümayiş olunmuşdur. Hərbi maşın tam silahlandırılmış şəkildə sərgilənəmişdir.
Gürzəkimilər
Gürzəkimilər (lat. Viperidae) — heyvanlar aləminin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi. == Sinonimləri == Viperae—Laurenti, 1768 Viperini—Oppel, 1811 Viperidae—Gray, 1825 == Yarımfəsilələri == Azemiopinae Liem, Marx and Rabb, 1971 Qurbağa gürzələr ?
Gürzələr

Gürzəyəbənzər suilanı
Gürzəyəbənzər suilanı (lat. Natrix maura) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin suilanıkimilər fəsiləsinin suilanı cinsinə aid heyvan növü. == Qısa məlumat == Bu cür adlandırılmasının səbəbi xarici görünüş baxımından adi gürzəyə bənzəməsidir. Bel nahiyəsində olan ziqzaqvari naxış onları gürzələrə bənzədir. Ancaq zərdlər arasında naxışın rəngi və quruluşu xərqli ola bilir. Bu canlılara əsasən Qərbi və Cənubi Aralıq dənizi hövzəsində rastlanılır. Uzunluqları bəzən 1 metrə çatır. Adətən isə uzunluları 55-60 sm arasında dəyişir. Dişilər bədən ölçüləri baxımından erkəklərdən iri olur.
Gürzəçöl yazıları (kitab)
Gürzəçöl yazıları — Vaqif Səmədoğlunun pritçalarından ibarət kitabı. Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun ilk dəfə çap edilən pritçaları "ATV Kitab" seriyasının “Parlaq İmzalar”la birgə layihəsi çərçivəsində nəşr olunub. Bu kitab silsilənin 7-ci nəşridir. Kitabın tərtibçisi, redaktoru və ön sözün müəllifi şairin həyat yoldaşı Nüşabə Babayeva-Vəkilovadır. Nəşrin redaktoru Toğrul Musayev, bədii-texniki tərtibat İsmayıl Süleymanlıya aiddir. == Məzmun == == Təqdimat == 2016-cı ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində kitabın təqdimatı keçirilib. Təqdimat mərasimində iştirak edən şairin həyat yoldaşı, kitabın tərtibçisi və redaktoru Nüşabə Vəkilova, fakültənin dekanı Elçin Məmmədov, professor Tofiq Hüseynoğlu, şairin yaradıclığının tədqiqatçısı, ədəbiyyatşünas İradə Musayeva, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, fakültədə fəaliyyət göstərən “Söz” yaradıcılıq birliyinin rəhbəri, dosent Məti Osmanoğlu və tələbələr çıxış edib. Tədbirdə V. Səmədoğlunun şeirləri səsləndirilib, pritçaları və poeziyası haqqında fikirlər, mülahizələr söylənilib, şairlə bağlı xatirələr yad olunub. == İstinadlar == == Həmçinin bax == ATV Kitab == Xarici keçidlər == parlaqimzalar.az "Vaqif Səmədoğlunun "Gürzəçöl yazıları"- "ATV Kitab" seriyasında "Parlaq imzalar"la" ( (az.)). ayb.az.
Hörümçək quyruqlu gürzə
Hörümçək quyruqlu gürzə (Pseudocerastes urarachnoides) — Yalançıbuynuz gürzələr cinsinə aid ilan növü. İranın İraqla sərhəd zonasına yaxın, Kirmanşah və İlam ostanlıqları ərazisində yayılmışdır. Bu ilan ilk dəfə 1965-ci ildə elmi araşdırma zamanı aşkarlansa da, ilanın quyruğunda olan hörümçəyə bənzər çıxıntı sadəcə bir zədə nəticəsində əmələ gəlməsi düşünülmüşdür. 2001-ci ildə bu ilanın yeni eksemplyarları aşkarlanır. Bundan sonra isə artıq 2006-cı ildə Behzad Fatini və onun asistenti yeni bir növü təsvir edərək qeydə almışlar. Onlar hörümçəyə bənzər quyruqlarını bu canlılar kimi hərəkət etdirərək quş və ya kərtənkələləri ovlayırlar. Şikarını tutan ilanın güclü zəhəri şikarı saniyələr ərzində öldürür. İlanın quyruğu balanın yumurtadan çıxmasından sonra əmələ gəlir və yetkinliyə çatanda tam olaraq formalaşır. Yerli quşlar bu gürzələrin aldadıçı hərəkətlərini çox yaxşı bildiyindən, onlar ancaq köçəri quşları ovlaya bilirlər. İlanın quyruğunun uzunluğu 55 mm, bədən ölçüsü isə təxminən 531 mm-dir.
Kiçik Asiya gürzələri
Kiçik Asiya gürzələri(lat. Montivipera) — Gürzələr fəsiləsinə aid ilan cinsi. Əvvəllər isə bura daxil növlər Əsl gürzələr cinsinə daxil edilirdi. == Klassifikasiya == Cinsə 8 növ daxildir: Montivipera albicornuta — İranın şimal-qərbi Zəncan Montivipera albizona — Anadolu gürzəsi — Türkiyə endemiki Montivipera bornmuelleri — Livan, İsrail, Suriya Montivipera bulgardaghica — Türkiyə endemiki Montivipera latifii — Lətif gürzəsi — İran endemiki Montivipera raddei — Radde dağ gürzəsi — Ermənistanda, Naxçıvan (Azərbaycan), İran və Türkiyə. Montivipera wagneri — Vanqer gürzəsi — Şərqi Türkiyə və şimal-qərbi İran Montivipera xanthina — Kiçik Asiya gürzəsi — Türkiyə, Suriya, Yunanıstanın adalarında.
Kiçik Asiya gürzəsi
Kiçik Asiya gürzəsi (lat. Vipera xanthina), gürzələr (Viperidae) fəsiləsindən sürünənlər növü. Status. Kiçik arealı, dar endemik növdür. Yaşayış yeri. Daşlıq qayalıqlarda, dağ yamaclarında, çınqıllıqlarda və kserofit bitki örtüyü ilə zəngin sahələrdə yaşayır, dəniz səviyyəsindən 1000–2500 m yüksəklikdə rast gəlir. Sayı. Xarakterik yaşayış yerlərində orta hesabla hər hektar sahəyə 4–6 fərd düşür. Qışlama yerlərində bəzən onlarla fərd saymaq olar. Çoxalması.
Kiçik Asiya gürzəsi (cins)
Kiçik Asiya gürzələri(lat. Montivipera) — Gürzələr fəsiləsinə aid ilan cinsi. Əvvəllər isə bura daxil növlər Əsl gürzələr cinsinə daxil edilirdi. == Klassifikasiya == Cinsə 8 növ daxildir: Montivipera albicornuta — İranın şimal-qərbi Zəncan Montivipera albizona — Anadolu gürzəsi — Türkiyə endemiki Montivipera bornmuelleri — Livan, İsrail, Suriya Montivipera bulgardaghica — Türkiyə endemiki Montivipera latifii — Lətif gürzəsi — İran endemiki Montivipera raddei — Radde dağ gürzəsi — Ermənistanda, Naxçıvan (Azərbaycan), İran və Türkiyə. Montivipera wagneri — Vanqer gürzəsi — Şərqi Türkiyə və şimal-qərbi İran Montivipera xanthina — Kiçik Asiya gürzəsi — Türkiyə, Suriya, Yunanıstanın adalarında.
Kərgədan gürzə
Kərgədan gürzə (lat. Bitis nasicornis) — Afrika gürzələri cinsinə daxil olan zəhərli ilan növü. Ümumi uzunluqları 60 sm — 1,2 m arasında dəyişir. Dişilər erkəklərdən iri olur. Başları düz, və üçbucaqdır. Burnun üzərində çıxıntılar vardır. Bədəni kök olub, üzəri gözəl naxışlarla örtülüdür. Bel hissəsində qara rəngli romblar ilə əlaqəli sarı saçaqlı, ikiqat mavi trapeziya vardır. Bu qarışıq rəngləri onun ətraf mühitdə asanlıqla gizlənməsinə səbəb olur. Rütubətli meşələr, bataqlıq əraziləri, meşə çaylarıının sahilləri və bulaqlar olan əraziləri sevirlər.
Livan gürzəsi
Gürzə və ya Livan gürzəsi (lat. Macrovipera lebetina) — Nəhəng gürzə cinsinə aid ilan növü. == Görünüşü == Gürzələr fəsiləsinin ən iri nümayəndəsidir. Onun quyruğu ilə birlikdə uzunluğu 2 metr, çəkisi isə 3 kq təşkil edir. Başı olduqca iri və enlidir. Ağzı yuvarlaq, gözləri şaqulidir. Yuxarı hissəsi boz-qəhvəyi tondadır. Bəziləri vardır ki, bütünlüklə qara və qəhvəyi rəngdə olur. == Yayılması == Gürzə Şimal-Qərbi Afrika, Aralıq dənizi sahili ərazilər, qərbi, orta və cənubi Asiya ərzilərində yayılmışlar. İordan çayının qərb sahillərində, İsrail, İran, İraq, Türkiyə, Əfqanıstan, Azərbaycan, Dağıstan və nadir hallarda isə Qazaxıstan rast gəlinir.
Lotiyev gürzəsi
Lotiyev gürzəsi (Vipera lotievi) — Əsl gürzələr cinsinə daxil olan ilan növü. Rus herpetoloqu Konstantin Lotiyevin şərəfinə adlandırılıb. == Görünüşü == Lotiyev gürzəsi çöl gürzəsinə çox bənzəyir. Əsas fərqləri isə Lotiyev gürzəsinin nisbətən enli və başının yumru olması ilə fərqlənir. Rəngi parlaq-boz və ya boz qəhvəyi olur. Uzunluğu 500 mm təşkil edir. == Yayılması == Lotiyev gürzəsi əsasən Şimali Qafqazın Kabarda-Balkariya, Şimali Osetiya, Çeçenistan, İnquşetiya və Dağıstan ərazilərində, üstəlik Gürcüstanın dağlıq ərazilərində yayılmışdır. Son zamanlar bu canlılara Azərbaycanda belə rastlanılır. Azərbaycanda Böyük Qafqazın şimal yamaclarında yayılıb. Hec bir yarımnövü yoxdur.
Milos gürzəsi
Milos gürzəsi (lat. Macrovipera schweizeri) — Gürzələr fəsiləsinə Nəhəng gürzə cinsinə daxil olan növ. Populyasiyasının ümumi sayı 10 min baş olaraq qiymətləndirilir. Onların 7–8 min başı Milos adasında yaşayır. Milos gürzələri Egey dənizinin Kiklad arxipelaqı adalarında rast gəlinir — Milos, Kimolos, Poliaqos, Sifos (Yunanıstan). Yetkin gürzələrin uzunluğu 80 sm təşkil edir. Başının sonucu dairəvi olub, başın yuxarı hissəsində və göz ətrafında xüsusi rəngli xətlər vardır. Göz ətrafında 2–3 cərgədən pulcuğa sahibdir. Bədəninin mərkəzi hissəsində 23 (21–25) cərgədən ibarət pulcula örtülmüşdür. Bədən rəngi olduqca fərqlidir, bununla belə həm də olduqca parlaqdır.

Digər lüğətlərdə